Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-12-2023 [00:04]
Qoç - hadisələrin mərkəzində olun. Mühüm məsələlərin həllində iştirak edin, informasiya kanallarını genişləndirin. Məşğul olduğunuz layihəni və ya işi inkişaf etdirin. Cari məsələni həll etmək üçün əlavə əlaqələr və resursları cəlb edin.
Günün ikinci yarısı maddi baxımdan əlverişlidir. Gözlədiyiniz sonuc tezliklə əldə olunmasa da, gələcəkdəki uğurun əsasını qoyursunuz. Önəm verdiyiniz insanların sözlərinə qulaq asın. Ehtiyac yaranarsa, təklif edilən yardımdan istifadə edin. Sizi sonradan dəyişikliklərə səbəb ola biləcək xoş sürprizlər gözləyir. Axşam saatlarında istirahət edin, əylənin. İntuisiyanız sizə dərhal nəyisə etməyin gərəkdiyini deyirsə, imkanı əldən verməyin.
Buğa - başladığınız işlərdə uğur və irəliləyişlər vəd edən gündür. Qətiyyət və intizam çətinlikləri dəf etməkdə yardımçınız olacaq. Tənbəllik etməyin, mühüm işləri başqalarına həvalə etməyin. Aktual məsələlərin həllini təxirə salmayın. Bütün bunlar bədxahlarda paxıllıq yaradacaq nəticələr əldə etməyə imkan verəcək. Gərəksiz riskə varmayın. Sınanmış metodlardan istifadə etsəniz, itki verməyəcəksiniz.
Günün ikinci yarısı yaxınlarınızla səmimi söhbətlər, sizi narahat edən problemlər, mübahisəli məsələlərin müzakirəsi üçün yaxşıdır. Kompromis əldə ediləcək. Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər - günün ilk yarısında çətinlik çəkəcəksiniz. Formalaşmış situasiyanı dəyərləndirmək, yaxın ətrafınızdakı insanların davranış və motivasiyalarını anlamaq asan deyil. Yaranan perspektivlər cazibədar təsir bağışlasalar da, sizi narahat edən məqamlar var. Sonradan yol verilən səhvlərin pərişanlıq yaratmaması üçün intuisiyanızın sizə verdiyi işarələrə fikir verin.
Tənbəllik etməyin, ətalətli davranmayın. Məqsədə çatmağınız bu gün əzm və qətiyyətinizdən, işgüzarlığınızdan asılıdır. Zərərli vərdişlərdən birini unudun.
Günün ikinci yarısı xeyli yaxşı keçəcək. Konstruktiv olun, əvvəllər çəkindiyiniz sədləri dəf etməyə çalışın. Yaşamınızda əhəmiyyətli rol oynayan insanla görüş yaxşı keçəcək. İşgüzar və şəxsi münasibətlərdə irəliləyişlər olacaq.
Xərçəng - görüş, toplantı, danışıqlar üçün yaxşı vaxtdır. Maliyyə məsələlərinə xüsusi diqqət ayırın. Anlaşma və sövdələşmə, xərclərlə gəlirlərin planlaşdırılması üçün əlverişli zamandır. Həvəssiz işləməyin.
Status-kvonu qorumaq üçün kimisə öz fəaliyyət planınıza riayətə vadar etməyin. Evdə təmir işlərinə başlamaq olar. Ailə üzvləriniz və yaxınlarınızın qeydinə qalın. Onlar sizdən diqqət gözləyirlər
Şir - yaxın ətrafınızdakı insanlarla ədalətli və şəffaf münasibətlərə nail olmaq istəyirsinizsə, aqressiv davranmayın. Psixoloji təsir və inandırmağa cəhdlər daha effektivdir. Kimsəni nəyəsə məcbur etməyin.
Günün ikinci yarısı yeni işə başlamaq üçün münasib zamandır. Ailə üzvlərinə yardım edin, onların işlərinin bir qismini görün. Belə qayğıkeşliyin müqabilində xoş sözlər eşidəcəksiniz. Axşam saatları romantik hisslər vəd edir.
Qız - dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir. İşdə həmkarlarınızla normal davranın. Situasiyaya total nəzarət xülyalarını unudun.
Günün ikinci yarısı kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz, hər şey yaxşı olacaq. Axşam saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Onlara azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar aktivliyin azalması hissləri olacaq. Bir qədər dincəlin.
Tərəzi - işdə rəhbərliyin yanında özünüzü həddən ziyadə ağıllı göstərməyə çalışmayın. Çox danışmayın, gəvəzəlik etməyin. Anlaşma, müqavilə, müzakirələr üçün əlverişli deyil. Maliyyə əməliyyatlarını təxirə salın, yeni layihəyə başlamayın.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlara bel bağlamayın. Səfərdə ənənəvi marşrutu seçin. Hansısa problemin həlli prosesində əleyhinizə olan qərar verilə bilər. Axşam saatlarına yaxın ailə üzvlərindən biri ilə bağlı əndişə yarana bilər. Önəm verdiyiniz insanların yanında olun.
Əqrəb - konkret layihədəki zəhmət və səylərinizdən asılı olaraq uğuru proqnozlaşdıra bilərsiniz. Bu gün ən böyük rəqib və düşməniniz tənbəllikdir. Qərarları qəbul edəndə cəsarətli olun. Yaşam mövqeyinizi aktivləşdirin.
Günün ikinci yarısında rəsmi tədbirə qatılmaya da bilərsiniz. Səfərdə yeni marşrut seçin. Səbrli və soyuqqanlı olsanız, yaxınlarınızla münasibətlər rəvanlıq çərçivəsindən çıxmayacaq. Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Oxatan - günün ilk yarısı yeni layihələrə başlamaq üçün əlverişli deyil. Yarımçıq işləri başa vurun. Diqqətli olun. Sonradan ağır fəsadlara səbəb olacaq səhvlərə yol verməyin. Pozitiv olun, istənilən situasiyadan yararlanmağa can atın.
Günün ikinci yarısında ertələnmiş işlər barədə düşünməyə dəyər. Romantik hisslərə qapılmayın. Evdə və işdə olmağınız önəmli deyil - əsas məsələ təfərrüatları nəzərdən qaçırmamaqdır. Axşam saatlarını dəyər verdiyiniz insana həsr edin.
Oğlaq - yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırmaq üçün əla zamandır. Yeni kollektivdə çalışmağa başlamaq, iş yeri və ya fəaliyyət istiqamətini dəyişmək barədə düşünmək olar. Adaptasiya, uyğunlaşma və yeni biliklər əxz etmək üçün əlverişli zamandır. Günün ikinci yarısında münasibətləri ciddi şəkildə saf-çürük etməyin. Sevdiyiniz insanın emosional davranışı sizi olayları məntiqlə dəyərləndirmək imkanlarından məhrum etməməlidir. Təmaslara dəyər verin. Axşam saatları romantik görüş üçün düşərlidir.
Dolça - günün ilk yarısında gərəkli zamanda gərəkli yerdə olmağı bacarın. Situasiya ümumən pozitiv olsa da, gecikmə və ya huşsuzluq önəmli məsələnin həllində problemlər yarada bilər. Başlıca məsələ təlaşa qapılmamaq, natamamlıq kompleksinə tutulmamaqdır. Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsində yeni zirvələr fəth etməyə çalışın.
Ailədəki vəziyyət həddən ziyadə gərginləşərsə, duruma nəzarət edin. Ayrılma ilə bitə biləcək münaqişənin qarşısını alın. Münasibətləri normallaşdırın. Sevdiyiniz insanın kiçik nöqsanlarını şişirtməyin.
Balıqlar - kollektiv fəaliyyət üçün əlverişli zamandır. Müxtəlif tədbirlərin hazırlanması, yeni planların əsasının qoyulması üçün yaranmış şanslardan istifadə edin. Cari məsələlərin həllində əhəmiyyətli irəliləyişə nail olmaq üçün yeni ideyalar faydalı ola bilər. Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür.
Günün ikinci yarısı yeni əlaqələr və faydalı tanışlıqlar dövrüdür. Ünsiyyət, danışıqlar və yazışmanın xüsusi əhəmiyyəti var. Dostlarınızla tanışlarınız sizi yeni məlumatlarla təmin edəcəklər. Axşam saatları dostlarla təmaslar və birgə istirahət üçün əlverişlidir.
Milli.Az
"Ləyaqət, saf niyyət və xeyirxah ürək..." - Mehriban Əliyeva Prezidenti belə təbrik etdi
Monteneqro Türkiyə vətəndaşlarına qarşı qərarı geri götürdü
Çin 100-dən çox yeni qitələrarası ballistik raket ehtiyatı toplayıb? - Rəsmi Pekindən açıqlama
Məşhur YAP-çı Prezidenti belə təbrik etdi: "Qəhrəman nüvədililərin arzusu odur ki..."
AFCON 2025: Seneqal və Konqo qələbə qazandılar
Ziraat Türkiyə Kuboku: "Konyaspor" qalib gəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Azərbaycan Prezidentinin doğum günüdür...
Ankarada təyyarə qəzası: Liviyanın Baş qərargah rəisi həlak olub
“Araz-Naxçıvan”ın prezidenti ölkədən qaçıb? - Zaur Axundovun qardaşı axtarışa verilib (Yenilənib)
Prezident İlham Əliyev Xankəndidə: "Əsas odur ki, öz doğma torpağınızdasınız" - FOTOLAR (Yenilənib)
ABŞ-dan ölkədə qanunsuz yaşayan miqrantlara mesaj: "Könüllü ölkəni tərk et, 3 min dollar al!"
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb - Bakıda + FOTOLAR
Qənimət Zahidə hökm oxundu - 7 il həbs cəzası kəsildi
İran prezidenti İlham Əliyevə zəng edib
"Ata Abdullayev amnistiyaya düşmür" - Vəkil xəbəri təkzib etdi
SABİQ REKTORA HÖKM OXUNDU - Məhkəmə iclası
Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibi ilə müzakirə aparıb
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
İsrail Qəzzaya yenə zərbə endirib - Ölənlərin sayı 70.942-yə çatıb
Elmar Baxşıyev istefa verib
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BƏYLƏR ƏYYUBOVUN QARDAŞI OĞLU QANDALLANDI: 5 milyonluq qaçaqmalçılıq işi üzrə həbslər başlayıb - AÇIQLAMA (YENİLƏNİB)
İran vətəndaşı saxlanılıb - 41 kq narkotiklə...
Prezident Ballıcada istehsal müəssisəsinin açılışında - FOTOLAR
Bir vəkil kollegiyadan xaric olunub
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar - FOTOLAR
Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
İordan çayının Qərb Sahilində əməliyyat: 40 fələstinli saxlanılıb
Zelenski: "Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib"
Tramp qubernatoru ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdi - Qarşı tərəf etiraz bəyanatı verdi
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Deputatlar bu tarixdə toplanacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq - Deputatlar yeni qanunu təsdiqləyib
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU
Müəllimlərin işə qəbulu imtahanı: ikinci mərhələ pullu olacaq - Yeni qanun qəbul edildi
"Amazon" Şimali Koreyalıdann olan "işçilər"ə "yox" dedi - 1800 agentin müraciət geri qaytarılıb
ABŞ-la sərhəddə təyyarə qəzaya uğradı - 5 nəfər ölüb