Deputatın obyektində qan töküldü

img

11-06-2014 [18:53]


Bu gün Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən  verilən məlumata görə, Kürdəmirin mərkəzi bazarında yerləşən "Şəki” restoranında orada ofisiant işləyən şəxslə aşpaz arasında dava olub. Dava-dalaş zamanı hər iki şəxs bir-birini bıçaqlayıb. Onlar müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Hadisənin səbəbi və digər məqamlar barədə ətraflı məlumat verilmir. Olayın baş verdiyi restoranın yerləşdiyi bazar Kürdəmirdən seçilmiş millət vəkili Fərhad Qəribova məxsusdur.


Faktla bağlı araşdırmalar aparılır.


azerinfo.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA