Bu gün sizi gözləyir? - BÜRCLƏR
04-12-2023 [00:06]
Qoç - qalib gəlməyə, lider mövqelər tutmağa çalışın. Günün ilk yarısında münaqişəli vəziyyətlərdən çıxış yolu tapın, mübahisələrə son qoyun. Sizi maraqlandıran sahələrdə yeni istiqamətlərin tədqiqatı üçün əlverişli zamandır.
Günün ikinci yarısında ambisioz planı ertələyin. Yeni işin və ya sifarişin detallarını tərəfdaşlarla müzakirə edin. Fikirlərizi anladın. Yaxınlarınız inadkarlıq edəcək, hər şeyi öz bildikləri təki reallaşdırmağa çalışacaqlar. Birgə fəaliyyətin sərfəli olduğuna onları inandırın. Axşam saatlarında ağır fiziki işə başlamayın.
Buğa - günün ilk yarısında emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın. Təmkinli davranın. Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında situasiyada nizam artacaq. Fiziki və emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz. Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.Yaxınlarınızın yardımlarından imtina etməyin. Onlar qayğınıza və səmimi hisslərinizə bel bağlayırlar. Axşam saatlarını sevdiyiniz insanlarla keçirin. Dostları da unutmayın.
Əkizlər - ətrafınızda baş verən hadisələrə laqeyd qalmayın. Soyuqqanlı olsanız, istənilən münaqişəli situasiyadan itkilər vermədən çıxa bilərsiniz. Yanınızdakı insanlarla qayğıkeşliklə davranın.
Günün ikinci yarısında mühüm qərar qəbul edəndə başqalarının məsləhət və göstərişlərinə kor-koranə əməl etməyin. Qərar və əməllərinizin mümkün sonuclarını nəzərə alın.
Hisslərə yox, məntiqə əsaslanaraq hərəkət edin. Ani emosiyalara qapılmayın. Yaxınlarınız qərarlarınızı tənqid edərək iradlarıın söyləyəcəklər. İstənilən halda intuisiyanızı nəzərə alın.
Xərçəng - günün ilk yarısında başqasının əvəzinə çalışmayın, kimisə əvəzləməyə can atmayın. Sizə gərəkli olmayan, mənasız işlərə çox vaxt sərf etməyin. Yaşam tempi rəvan olmadığından planlarda ciddi dəyişikliklər ola bilər.
Günün ikinci yarısında borc almayın, kredit götürməyin. Aramla çalışaraq tələskənlik etməsəniz, münaqişəli situasiyaları və hüquqi məsələləri çözə bilərsiniz. Axşam saatlarında yaxınlarınızı diqqətinizdən kənar qoymayın. Əndişəyə düşməyin, nigaran qalmayın. İmkan varsa, müstəqil fəaliyyətə hazırlaşın.
Şir - inadkarlıq və maraqların aqressiv qorunması münaqişəli situasiyalar yarada bilər. Önəm verdiyiniz insanlarla münasibətləri qorumaq üçün başqalarının dediklərinə qulaq asın. Yaxın ətrafınızdakı insanlarla diqqətli davranın.
Günün ikinci yarısında yalana, yaltaqlığa inanmayın. Təmaslarda həssas olun, situasiyanı dəyərləndirin. Sərvaxtlığı əldən verməyin. Yaxşı bələd olmadığınız insanla söhbət zamanı aranızda məsafə saxlayın. Axşam saatları hisslərin etirafı üçün əlverişlidir.
Qız - mübahisələrin çözülməsi və münaqişələrə son qoymaq üçün ağılla, sayıqlıqla davranın. Vəziyyəti dəyişmək üçün süni təkanlardan istifadə etməyin. Olayların məcrasını müdaxilələrlə dəyişmək fikriniz varsa, pərişan qala bilərsiniz.
Günün ikinci yarısı gündəlik qayğıların aradan qaldırılması, rutin işlər üçün əlaverişlidir. Ətrafınızdakı şəxslərlə söhbətdə mövqeyinizdən geri çəkilməyin. Axşam saatlarını dəyər verdiyiniz insanlara ayırın. Qarşılıqlı anlaşmaya ciddi ehtiyac var. Ailə qayğıları ön plana çıxacaq. Romantik görüş də istisna deyil.
Tərəzi - mövqeyinizi nəyin bahasına olursa-olsun sübut etməyə çalışmaq əvəzinə münaqişəli situasiya yaratmayın. İşdə kiminsə süstlüyü və ya pis çalışması proseslərə maneələr yaradırsa, bu barədə açıq danışın. Əks təqdirdə opponentlərinizin mövqeləri daha da güclənəcək.
Günün ikinci yarısı danışıqlar və müzakirələr üçün əlverişlidir. Anlaşılmazlıq və narazılıq olmayacaq. Ailə üzvləri dediklərinizə diqqətlə qulaq asacaqlar. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əqrəb - yaxşı tanımadığınız insanlarla kəskin mübahisəyə başlamayın. Alışmadığınız şəraitdə fikrinizi açıq izhar etməyə tələsməyin. Atacağınız addımı və ya verəcəyiniz qərarı ilk-əvvəl rasional təhlilə uğradın. Uzunmüddətli səfərə çıxmayın.
Günün ikinci yarısı alış-veriş üçün sərfəli deyil. Axşam saatlarına yaxın işgüzar aktivliyinizi bir qədər azaldın. Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.
Oxatan - işdə həmkarlarınızla normal münasibətlərə nail olun. Qərarlarınızda azad olun, sərbəst davranın. Yaxın ətrafınızdakı insanların fərdi məziyyətlərinə fikir verin. Pozitiv olun.
Günün ikinci yarısında yarımçıq işləri tamamlayın. İşgüzar görüşləri qeyri-formal şəraitdə də keçirmək olar. Yaxınlarınızla tam qarşılıqlı anlaşmaya nail olun. Ailə üzvlərinizdən biri ilə açıq söhbət bəzi məqamlara baxışlarınızı dəyişə bilər.
Oğlaq - opponentləriniz kölgədən çıxacaqlar. Köhnə mübahisə və ya münaqişə yenidən alovlana bilər. Münasibətlərin aydınlaşdırılması üçün əlverişli zaman deyil. Arqumentlərdən yararlanın, məntiqli olun. Belə situasiyaların niyə yarandığını düşünün.
Günün ikinci yarıında batininizdəki rəqiblə mübarizəyə başlayın. Tamah, kobudluq, təşəxxüs sizə bəlalar gətirməmiş onları zəiflədin. Axşam saatlarına yaxın yaxınlarınızla təmaslarda əhvalınız sürətlə dəyişə bilər. Təmkinli və səbrli olun.
Dolça - bu gün qəbul etdiyiniz qərarlar nə qədər sadə və anlamlı olarsa, o qədər yaxşıdır. Əlverişsiz situasiya sizi təbdən çıxarmasın. Stress zamanı səbrli davranmaq çətin olsa da, emosiyaların burulğanına düşməyin. Ehtiyatlı olun. Günün ikinci yarısında yaxınlarınızla təmaslarda mövqeyinizi səbatlı şəkildə qoruyun. Əks təqdirdə mövqeləriniz zəifləyə bilər. Axşam saatlarını fiziki təmrinlərə də həsr etmək olar.
Balıqlar - mübahisə etməyin. Yeni tanışlarla ünsiyyət üçün münasib zaman deyil. Yaxın ətrafınızda haqqınızda şayiələr və dedi-qodu yayanlar az deyil. Bu adamı faş edin. Sükan arxasında diqqətli olun, uzun yola çıxmayın. Günün ikinci yarısı yeni layihələr, maliyyə-kredit əməliyyatları, sərmayə yatırmaq üçün sərfəli deyil. Axşam saatlarına yaxın situasiya dəyişəcək. Qərarları intuitiv qəbul etmək olar. Yaxınlarınızı qoruyun.
Milli.Az
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə