Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
01-12-2023 [00:04]
Qoç - uzaq səfərə yollanmaq, səyahət və ya macəra arzuları, illüziyalar sizi konkret işlərdən ayırmamalıdır. Gündəlik işlər darıxdırıcı olsa da, onları vaxtında yerinə yetirin. Bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında dünyagörüşünüzü artırmağa can atın. Sənədləşdirmədə diqqətli olun, çox kobud səhvlərin səbəbkarıl olmayın. Tapşırıqlara ciddi yanaşın. Vədlərinizi yerinə yetirin. Yaşlı qohumlar, ailə üzvləri qayğı tələb edirlər. Axşam saatlarında yorğunluq hiss edə bilərsiniz.
Buğa - günün ilk yarısı önəmli işlər və ya irimiqyaslı layihə üçün əlverişli deyil. Situasiyanın çətinliyinə rəğmən aktivliyinizi artırın. Planlaşdırılmış görüş, müzakirə, anlaşma və ya sövdələşməni unutmayın.
Gəlirlər istisna deyil. Günün ikinci yarısında işdə statusunuzun artımı və ya karyera irəliləyişinizdə uğurlar ola bilər. Mübahisə və tənqidlərə varmayın. Borc pul almayın. Kredit ödənişini qulaqardına vurmayın.
Yaxınlarınızın davranışlarının müzakirəsi və onların nöqsanlarının sadalanması münaqişə vəziyyəti yarada bilər. Ailə üzvlərinə qarşı ədalətsizliyə yol verməyin. Sözlərinizi düşünüb deyin. Axşam saatlarında yorğunluq hiss edəcəksiniz.
Əkizlər - ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalşıın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin. Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın. Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardın vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.
Xərçəng - uğura nail olmaq üçün addımlarınıza diqqət edin. Hər detala və xırdalığa fikir verməsəniz, ağır vəziyyətə urcah ola bilərsiniz. Fəqət, nəzarətlə şübhələrdə ifrata varsanız, yaxşı şansları itirəcəksiniz.
Günün ikinci yarısında gəlir əldə etməyə çalışmaqla yanaşı, mövqelərinizi möhkəmləndirin. Tərəfdaşlara güvənmək, onların məsləhətlərinə qulaq asmaq işlərinizdə irəliləyişlərə səbəb olacaq. Verdiyiniz vədləri yerinə yetirin.
Axşam saatlarında yaxınlarınızla təmaslar rahatlıq və rəvanlıq hissləri yaradacaq. Problemlərinizdən onları da hali edə bilərsiniz. Amma diqqətli olun: sizi yanlış anlamasınlar.
Şir - yeni ideyalara yetərincə diqqət yetirin. Yaradıcılıq planlarını reallaşdırın. Enerjili və aktiv olun. Yaşamın müxtəlif sahələrində maneələri dəf edərək məqsədə doğru qətiyyətlə gedin.
Günün ikinci yarısında maddi durum pis olmayacaq. Mükafat, ödəniş, əlavə gəlir istisna deyil. Qarşılıqlı anlaşma işgüzar tərəfdaşlar və həmkarlarla münasibətləri yaxşılaşdıra bilər.
Axşam saatları aktiv istirahət və təmasların fəallaşdırılması üçün münasibdir. İzafi sentimentallıq ziyandır. Subaysınızsa, aradığınız insanı tapa bilərsiniz.
Qız - yaxın ətrafınızdakı insanların davranışlarına fikir verin. Münasibətlərdə harmoniya və qarşılıqlı anlaşmaya can atın. Kobudluq, qabalıq, dissonans, mənasız sözlər və mübahisələr mənfi emosiyalar yaradacaq.
Günün ikinci yarısında yaradıcılıqla məşğul olun. Ətrafınızdakı insanlara təsir edin, hisslərinizi onlarla paylaşın.
Axşam saatlarında qohumlar, yaxınlar və dostlarla görüşmək olar. Pozitiv əhval və enerjinizdən onların da yararlanmasına imkan verin. Sevdiyiniz insana yardım etməklə özünüzü daha əmin hiss edəcəksiniz.
Tərəzi - köhnə tərfdaşlarla görüş ola bilər. Onlar sizə yeni layihəyə qatılmağı təklif edəcəklər. Peşəkar fəaliyyət sahəsində maraqlarınızı başqalarının istəyinə qurban verməyin. Alış-veriş, investisiyalara, səyahət üçün münasib zamandır. Rəqabətə qatılın. Amma opponentlərə sərt təzyiq etməyin, yalan danışmayın.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətləriniz incə və qayğıkeş olsun. Hisslərinizi yaxınlarınızla paylaşa bilərsiniz. Yeni tanışlara çox inanmayın.
Əqrəb - aktiv olun. Manipulyasiyalara aldanmayın, işləri yaxşılaşdırmağa çalışın. Məqsədə çatmaq üçün qətiyyətli olun. Yaxşı tanımadığınız insanın dediklərini absolyut həqiqət saymayın.
Günün ikinci yarısında yeni təcrübə və əlavə gəlir mənbəyi istisna deyil. Kompromis qərarlar qəbul edəndə inadkarlıq etməyin. Mövqelərə yenidən baxmaq olar. Sevdiyiniz insanı daha yaxşı tanımaq üçün əlverişli zamandır. Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.
Oxatan - əhvalınızda dəyişikliklər olacaq. Ani hisslərin qurbanına dönməyin. Emosiyaların təsiri altında qərar verməyin. Gündəlik işlərlə məşğul olun. Ciddi hesablamalar tələb edən məqamı ertələyin.
Günün ikinci yarısında yaxşı ideyalar olacaq. Onları unutmayın. Uzunmüddətli səyahətə çıxmayın. Şəxsi münasibətlərdə çoxdankı inciklik, qarşılıqlı iradlar gündəmə gələ bilər. Hisslərə qapılaraq düşünülməmiş addım atmayın. Axşam saatlarında bir qədər idmanla məşğul olun.
Oğlaq - başqalarının üstün cəhətlərini və yaxşı məziyyətlərini dəyərləndirməyə çalışın. Yeni dost, tərəfdaş qazanacaqsınız. Yumor hissiniz olsun, ən çətin situasiyalarda təmkininizi itirməyin. Bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında humanitar biliklərinizi artırın. Ailə üzvləri qayğı tələb edirlər. Yaxınlarınızla mübahisə etməyin. Ən xırda məsələlərə görə qıcıqlanmayın, aqressiv olmayın. Ötən münasibətlərin xatirələri sizi duyğulandırıb kövrəltməsin.
Dolça - yaxın ətrafınızdakı insanlar xidmətlərinizi və fərdi xüsusiyyətlərinizi yetərincə dəyərləndirəcəklər. Bütün çətinlikləri dəf etmək olar. Etibar etdiyiniz insanlar sizə problemlərin həllində yardım edəcəklər.
Günün ikinci yarısında ünsiyyətdə quru rəsmiyyətçiliyə yol verməyin. Alış-veriş, sərmayə yatırmaq, maliyyə əməliyyatları üçün uğurlu zamandır. Pozitiv olsanız, ailə münasibətlərində irəliləyişlərə nail ola bilərsiniz. Əlaqələri inkişaf etdirmək, mövqeləri səbatlı etmək mümkündür. Subaysınızsa, romantik hisslərinizi gizləməyin. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar - məqsədlərə doğru tələsik irəliləyiş başqalarının maraqlarına ciddi zərbə vura bilər. Tərəfdaşlar fikir və hərəkətlərinizi anlamırlar. Üzr istəmək, bəraət aramaq məcburiyyətində qalmayın. Əsas məsələ maraqlarınızla həmkarlar və ya tərəfdaşların mənafeləri arasındakı həddi aşmamaqdır.
Günün ikinci yarısında maliyyə fonu pis deyil. Axşam saatlarında ailə üzvləri və qohumlarla anlaşma xüsusi anlam kəsb edəcək. Azyaşlı qohumlarla qayğıkeş olun. Gələcəkdə yaxın dostuna çevrilə biləcək insanla qarşılaşa bilərsiniz.
Milli.Az
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib
Papadan dünyaya çağırış: "24 saatlıq atəşkəs elan edin!" - "Məni həqiqətən kədərləndirən hallardan biri Rusiyanın..."
Bakıda gəmi hərraca çıxarılıb
Leyla Əliyeva maraqlı foto paylaşdı: “Əziz ata, ad günün mübarək”
Əfsanəvi Tofiq Bəhramovun nəvəsi rəis vəzifəsindən çıxarılıb - Gömrükdə daha bir dəyişiklik
Bəylər Əyyubovun həbs edilən vəzifəli qardaşı oğlu... - Xəzər dənizinin sahilində 15 hektarlıq ərazi necə ələ keçirilib?
Saatlıda ər-arvad dəm qazından ölüblər
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
"Məğlubiyyətə layiq deyildik" - Domeniko Tedesko
Kubok yarışı: "Beşiktaş" "Fənərbağça"nın 16 matçlıq məğlubiyyətsiz seriyasına son verdi
Suriya rəhbərliyi Türkiyədən üzr istəyib - Hakan Fidana görə
Liviyada üç günlük milli matəm elan olundu - Ankaradakı qəzada həlak olan generallara görə
Məşhur futbolçu karyerasını bitirib - 32 yaşında
QARABAĞA KÖÇ DAVAM EDİR
"Ləyaqət, saf niyyət və xeyirxah ürək..." - Mehriban Əliyeva Prezidenti belə təbrik etdi
Monteneqro Türkiyə vətəndaşlarına qarşı qərarı geri götürdü
Çin 100-dən çox yeni qitələrarası ballistik raket ehtiyatı toplayıb? - Rəsmi Pekindən açıqlama
Məşhur YAP-çı Prezidenti belə təbrik etdi: "Qəhrəman nüvədililərin arzusu odur ki..."
AFCON 2025: Seneqal və Konqo qələbə qazandılar
Ziraat Türkiyə Kuboku: "Konyaspor" qalib gəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Azərbaycan Prezidentinin doğum günüdür...
Ankarada təyyarə qəzası: Liviyanın Baş qərargah rəisi həlak olub
“Araz-Naxçıvan”ın prezidenti ölkədən qaçıb? - Zaur Axundovun qardaşı axtarışa verilib (Yenilənib)
Prezident İlham Əliyev Xankəndidə: "Əsas odur ki, öz doğma torpağınızdasınız" - FOTOLAR (Yenilənib)
ABŞ-dan ölkədə qanunsuz yaşayan miqrantlara mesaj: "Könüllü ölkəni tərk et, 3 min dollar al!"
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb - Bakıda + FOTOLAR
Qənimət Zahidə hökm oxundu - 7 il həbs cəzası kəsildi
İran prezidenti İlham Əliyevə zəng edib
"Ata Abdullayev amnistiyaya düşmür" - Vəkil xəbəri təkzib etdi
SABİQ REKTORA HÖKM OXUNDU - Məhkəmə iclası
Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibi ilə müzakirə aparıb
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
İsrail Qəzzaya yenə zərbə endirib - Ölənlərin sayı 70.942-yə çatıb
Elmar Baxşıyev istefa verib
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı