İrəvandan sərhədimizə gətirilən sirli qovluq – İçində nələr yazılıb?
29-11-2023 [15:08]
Ermənistan parlamentinin spikeri Alen Simonyanın ötəngünkü çıxışı bir çox baxımdan diqqət çəkir:
Birincisi, Simonyan qeyd edib ki, “Bakı siyasi iradə göstərsə, Azərbaycan və Ermənistan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər. Deyə bilərik ki, biz bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə xələl gətirməmək üçün təfərrüatı açıqlamaq istəmirəm”.
15 gün ərzində sülh sazişinin imzalanması mümkün deyil. Bu tezlikdə bir sülh imzalansa belə, yalnız ilkin saziş ola bilər. Yəni yekun sülh müqaviləsinin imzalanması üçün hələ çox tezdir.
Əlbəttə, rəsmi Bakı yekun sülh sazişinin tez bir zamanda imzalanmasını istəyir. Lakin “anklav, eksklav”, “sərhədlərin delimitasiya və demarkasiyası”, “Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərinin açılması”, “Təzminat məsləsi” və s. mövzularla bağlı hələ ki razılığa gəlinməyib.
Buna baxmayaraq, Simonyanın haqlı olduğu tərəflər də var. Söhbət bəzi fundamental məsələlər barədə razılığa gəlinməsindən gedir. Danışıqlar prosesində masada bir sülh sənədi var və bu sənəd davamlı şəkildə düzəlişlər edilərək İrəvan və Bakı arasında gedib-gəlir. Bunu isə müsbət məqam kimi qiymətləndirmək olar.
İkincisi, Simonyan deyib ki, ən azı yaxın perspektivdə ermənilərin Xankəndiyə, Şuşaya və ya digər “tarixən yaşadıqları yaşayış məntəqələri”nə qayıtması mümkün deyil.
Prinsip etibarilə Azərbaycan tərəfi ermənilərin Qarabağa qayıtmasının əleyhinə deyil. Lakin Simonyan bu baxımdan haqlıdır ki, ermənilər yaxın perspektivdə Qarabağa qayıtmayacaq. Rəsmi İrəvan Qarabağ ermənilərinin demoqrafik baxımdan Ermənistanda qalmasını istəyir. Bundan başqa, onlar üzərindən Bakıya qarşı təzyiq kimi də istifadə etmək məqsədi güdür.
2024-cü ilin ikinci yarısına kimi ermənilərin Qarabağa qayıtmayacağı təqdirdə onların ümumi mənada geri dönməyəcəyini demək olar.
Üçüncüsü, Simonyan Azərbaycanın Ermənistanın 31 kəndini tamamilə və ya qismən işğal etdiyini deyib. Aydın məsələdir ki, bu iddia həqiqəti əks etdirmir. Əksinə bu gün Qazaxın 7, Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır.
Simonyanın fikri ən yaxşı halda belə izah oluna bilər: Azərbaycan Ermənistanın 31 kəndinə nəzarət edir. Yəni söhbət vizual nəzarətdən gedir. Ordumuz hakim olduğu yüksəkliklər sayəsində nəinki Ermənistan kəndlərini, hətta bəzi iri şəhərlərini belə nəzarətdə saxlaya bilir.
Simonyanın bu açıqlamaları diqqət çəksə də, reallıqdan uzaqdır. Əsas məsələ onun məhz indiki məqamda bu açıqlamaları verməsidir. Belə ki, sabah Ermənistan-Azərbaycan şərti dövlət sərhədində görüş baş tutacaq. Simonyan bu açıqlamaları ilə görüşdən əvvəl İrəvanın əlini gücləndirmək istəyir. Ehtimal etmək olar ki, sabah Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın görüşə gətirəcəyi qovluqda bu məsələlər də yer alacaq. Lakin “31 kənd” iddiası danışıqların növbəti dəfə dalana dirənməsinə səbəb ola bilər.
Turan Rzayev
MİA.AZ
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Avropa Liqası: iki ingilis komandası finalda "döyüşəcəklər"
Daha bir dövlət başçısı İlham Əliyevə zəng edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nihat Kahveciyə ağır cəza verildi - Uşaqlarına həsrət qalacaq
Katoliklər yeni Papa seçdi - İlk dəfə amerikalı dindar Vatikana rəhbərlik edəcək (FOTO)
Superkubokun yeni formatı açıqlandı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Ermənilər Bakıda hakim qarşısında: Kəlbəcərin işğalı faktını əks etdirən videomaterial nümayiş olunub (Yenilənib)
Starmerdən ABŞ-la tarixi razılaşma haqda açıqlama: "Prezident və mən bir-birimizə hörmət edirik və..."
Okan Buruk seçim edib
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
Qəzzada ölənlərin sayı artıb
“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam
"Səhiyyə TV" televiziya kanalının adı dəyişib
Fikrət Qoca ilə bağlı sərəncam imzalandı
Nazirliyə 5 milyon manat vəsait ayrılıb - Sərəncam
Vyetnamın Baş katibinin Azərbaycana səfəri başa çatıb
İlham Əliyev Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Milli Məclis bəyanat verdi - MƏTN
Axtarışda olan daha dörd nəfər Azərbaycana ekstradisiya edilib
AYNA-nın "aynasız işləri"... - FOTOLAR
Metz: "Böyük məsuliyyət hələ də üzərimizdədir"
Almaniyanın yeni kansleri: "Rusiya ən böyük təhdid olaraq qalır"
Rövnəq Abdullayevin qızının ərinin bankı indi də "keşbək"ləri kəsdi
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTOLAR
“Nar”ın baş icraçı direktoru Gəncədə konfransda çıxış edib - FOTO
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
Abşeronda İran vətəndaşı tutulub
Bir qrup tanınmış şəxs Tofiq Yaqublu ilə bağlı müraciətə imza atdı
Sabahın hava proqnozu açıqlandı
Azercell-in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib
Baş katibin xanımı İçərişəhərlə tanış olub
Milli Məclis bəyanat verəcək
Ceyhun Bayramov Vyetnam xarici işlər naziri ilə görüşüb
Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var
Azərbaycan nefti 63 dollara düşdü
Musiqi müəllimlərin attestasiyası: növbəti mərhələ başlayır