“Misli” qanunları kobud şəkildə tapdalayır – Bəs buna niyə göz yumulur?
29-11-2023 [10:22]
“Misli” üçün sadə insanların pullarını əlindən almaq necə önəmlidirsə, Azərbaycan qanunlarının tələblərini qorumaq, onlara əməl etmək də o qədər əhəmiyyətsizdir...
Azərbaycan Respublika ərazisində reklam fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 may 2015-ci ildə imzaladığı qanunla tənzimlənir. Deməli, həm reklam verənlər, həm də reklamları nümayiş etdirənlər bu qanunun tələblərinə əməl etməli, onun tapdamamalıdılar. Bəs reallıqda vəziyyət necədir? Onlar buna əməl edirlərmi? Qısaca bir araşdırma apardıqda bunun belə olmadığını görürük.
Xüsusiylə də Azərbaycan ərazisində rəsmi və qeyri-rəsmi qumarı təbliğ etməklə məşğul olan, xüsusiylə də maddi imkanları aşağı olan insanları qumar oynamağa sövq etməyə çalışan “Misli”nin fəaliyyətini izləyəndə bunu görmək mümkündür. “Misli”nin reklamlarına günümüzdə hər yerdə rast gəlmək olar. İnsanların sıx toplaşdığı yerlərdə “Poz-qazan” masasının ətrafında daim qələbəlik yaşanır.
Mütəlif bərli-bəzəkli reklamlarda insanlara qumar oynamağa, guya bəxtini sınamağa çağırışları ünvanlanır. Maddi imkanları da iradəsi kimi zəif olan insanlar problemlərdən çıxış yolunu bundan görür, üz tuturlar “Misli”nin “poz-qazan” masalarına və məntəqələrinə.
Bu yazımızda “Misli”nin reklam fəaliyyəti zamanı yol verdiyi qanun pozuntularına diqqət çəkməyə çalışacağıq.
Reklam nədir? Qanunda belə göstərilir: Reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.
“Misli”, yəni bu əmtəə nişanını Azərbaycan bazarında yaymağa çalışan “Azərlotoreya” istehlakçıların diqqətini özünə cəlb etmək, satışını stimulaşdırmaq üçün bütün vasitələrə əl atır. Təəssüflər olsun ki, bunun üçün şəhidlərin ailələrindən istifadə etməkdən belə çəkilmir.
Xatırlayırsızsa, uzun müddət televiziya ekranlarında şəhidlərin həyat yoldaşlarının Türkiyədə təhsil alan övladları ilə İstanbulda görüşməsi və bu görüşün “Azərlotoreya” tərəfindən maliyyələşdirilməsi barədə reklam çarxları təqdim olundu. Adam bu görüntüləri izləyərkən xeyli təsirlənirdi. Bir ananı övladına qovuşdurmaq savabdır. Bir şəhid ailəsini sevindirmək, qəlbi sınıq insanları sevindirmək ikiqat savab əməldir. Amma bunu reklam etmək, onların simalarını təbliğar vasitəsinə çevirmək, ana və övladlarının hissləri ilə oynamaq hansı mənəvi çərçivəyə sığır?!
Özü də bu tədbirlərin adını “Əmanətə sədaqət” qoymuşdular. Məqsəd həqiqətən sədaqətli davranıb, mənəvi borcdan çıxmaqdısa, nə üçün bunu reklam kampaniyasına çevirib, səhər-axşam televiziyada, kütləvi-informasiya vasitələrində nümayiş etdirirdilər? “Sağ əlin verdiyini sol əl bilməməlidir” deyiblər. “Azərlotoreya”nın şəhidlərin həyat yoldaşlarını Türkiyədəki tələbə övladları ilə görüşdürməsini, Novruz bayramı ərəfəsində sınıq qəlbləri sevindirməsini el-aləm bildi. Bunun adı “Əmanətə sədaqət” yox, şəhidlərin ruhunun incidilməsi, onların övladlarından qumar şirkətinin təbliği üçün istifadə edilməsidir.
Reklam Haqqında Qanunun 4-cü maddəsinin 2-ci bəndində qeyd olunur: “Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır”. “Milsi” isə özünün bərli-bəzəkli oyunlarına, onların reklamlarına insanları yoldan çıxaran, onları adadan adlar qoyur. Diqqət yetirin: “Pul yağışı”, “Sərvət axtarışı”, “Maaş günü”, “Pul aparatı” və s. Sanki “Misli” xeyriyyə qurumudur, sadə insanların üzərinə pulu aparatdan yağış kimi yağdırır, onlara sərvət verir, maaş ödəyir.
Bəzən də reklam məqsədi ilə uduşlu biletlərin sahibləri göstərilir, onların ev tikməsindən, problemlərindən bəhs edilir. Amma bir dəfə də olsun uduzanları, son qəpiklərini “Misli”yə verənləri, borc bataqlığına düşənləri göstərmirlər. Bu isə qeyri-dəqiq reklam adlanır.
Reklam haqqında qanunun 7-ci maddəsində qeyri-dəqiq reklamın izahı aydın göstərilib: “Əmtəənin tədqiqinin və sınağının nəticələri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur”. Qeyri-dəqiq reklam isə yolverilməzdir.
Elə həmin Qanunun 6-cı maddəsində haqsız reklamın nə olduğu qeyd olunub. Reklam olunan əmtəədən istifadə etməyən və ya rəqiblərin əmtəəsindən istifadə edən şəxslərə istehza olunmaqla, başqa şəxslərdə onlara qarşı mənfi rəy formalaşdırmağa cəhd olunduqda bu haqsız reklam hesab edilir və qanunla qadağandır.
“Misli”nin televiziyada nümayiş etdirilən reklam çarxlarından birini xatırlayaq. Öz alın təriylə çalışan, qulluqçu kimi təqdim edilən bir xanım “Azərloteraya”nın təklif etdiyi qumar oyunlarında qazandıqdan sonra zənginləşir, bir andaca kübar qadına çevrilir. Olmaya, “Azərlotoreya” öz alın təriylə halal çörəyini qazanan insanlara rişxənd edir, onlara demək istəyir ki, işi-gücü atın, belə işlərlə siz ömrü boyu qulluqçuluq edəcəksiz. “Poz-qazan”a qurşanın, ya zəngin olarsız, ya da...
Maddə 32-də qeyd olunur ki, idman mərc oyunlarının, lotereyaların reklamı zamanı yetkinlik yaşına çatmayanlara müraciət olunması qadağandır. Çünki onlar belə təsirlərə yetkin insanlardan daha tez düşür. Amma digər tərəfdən futbol qarşılaşmalarını evdə-ailədə oğlan uşaqları ataları ilə birlikdə izləyir. Bu isə onların tez-tez “Misli”nin reklamlarını görməsi deməkdir.
Valideyn hər dəqiqə başı azyaşlı övladını ekrandan uzaqlaşdıra bilərmi?
Oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsini də qanun qadağan edir. Di gəl ki, “Misli”nin və “Poz-qazan” tipli oyunların reklamında bu qayda da gözlənilmir. Sadə insanlarda elə təəssürat yaranır ki, oynayan hər kəs qazanır, bu oyunlarda uduzan yoxdur.
Oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınmasını da qanun qadağan edir. Kimdi bu tələbi gözləyən? Az əvvəl qeyd etdiyimiz kimi, “Azərlotoreya” öz reklamlarında halal zəhmətlə çalışan insanları aşağılamaqdan çəkinmir, onları kasıb kimi təqdim edir, həmin “kasıblar” məhz “Misli”yə üz tutan kimi “zənginləşir”.
Teleradio proqramlarında (verilişlərində) reklam bir saatda 12 dəqiqədən çox ola bilməz. Amma “CBC Sport” telekanalı vasitəsiylə yayımlanan futbol qarşılaşmaları və müxtəlif proqramlarda qanunun bu tələbi açıq-aşkar pozulur. 45 dəqiqəlik futbolun az qala hər dəqiqəsində “Misli”nin adı çəkilir, canlı yayımın gedişində ekranda insanları canlı qumara yönəldən QR kod nümayiş etdirilir, müxtəlif çağırışlar yazılır. Az qala hər bir proqramda qonaqların və verlişin aparıcısının qarşısına mərc şirkətinin adı əks olunan müxtəlif əşyalar, fincanlar yerləşdirilir. Yəni, izləyici istəsə də, istməsə də “Misli”nin təşviqatını görməyə məcbur edilir.
Bir sözlə, “Misli” üçün sadə insanların pullarını əlindən almaq necə önəmlidirsə, Azərbaycan qanunlarının tələblərini qorumaq, onlara əməl etmək də o qədər əhəmiyyətsizdir. Təəssüf ki, buna nəzarət etməli olan qurumlar öz öhdəliklərini yerinə yetirmir.
Biz isə qanun naminə öz araşdırmalarımıza davam edəcəyik.
Tural,
Poliqon.info
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR