Asiya Çempionlar Liqası: Ronaldo penaltini ləğv etdirdi, komandası...

img

28-11-2023 [00:28]


Asiya Çempionlar Liqasının E qrupunun 5-ci matçında "Persepolis" səfərdə "Əl Nassr"la qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun qolsuz heç-heçə ilə başa çatıb.

Matçın ikinci dəqiqəsində məşhur portuqaliyalı futbolçu Ronaldo rəqib komandanın qapsına təyin olunan penaltini hakimə "penalti deyil" deyərək ləğv edilməsinə nail olub.

Oyunda digər maraqlı məqam “Əl Nassr” forması geyinən Əli Lacəminin matçın 17-ci dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulması olub.

Buna baxmayaraq Ronaldonun komandası 10 nəfərlə heç-heçəyə nail olub.

Bu nəticədən sonra "Əl-Nassr" 13 xalla, “Persepolis” isə 8 xalla növbəti mərhələyə vəsiqə qazanıblar.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq