Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
25-11-2023 [00:01]
Qoç - peşəkar fəaliyyət üçün işgüzar yazışma və danışıqların böyük əhəmiyyəti var. İnformasiya mübadiləsini unutmayın. Səfər, danışıqlar, sənədlərlə iş üçün günün ilk yarısı əlverişlidir.Günün ikinci yarısında işlərin və ya tapşırıqların bir hissəsinin həvalə oluna biləcəyi etibarlı adamı tapın.
Yaxınlarınız qəfil qərar, əməllə sizi heyrətləndirə bilərlər. Baş verənləri dərhal dəyərləndirmək asan deyil. Olaylarda müsbət yönlər də var. Mənfi emosiyaların təsiri altına düşməyin.
Buğa - yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Sağlam məntiq yardımçınız olsun. Bu minvalla bir sıra problemləri həll edə bilərsiniz. Məqsədə çatmaq üçün trivial olmayan yollardan istifadə edin. Günün ikinci yarısı bilik və bacarıqların artırılması, yeni məlumatların əldə olunması üçün əlverişli zamandır.
Yaxınlarınızla təmaslarda soyuqluq, laqeydlik, hadisələrə başdansovdu yanaşma olmamalıdır. Sevdiyiniz insanı sevindirməyə çalışın.
Əkizlər - köç vəy va mənzillə bağlı məsələlərin həlli üçün əlverişli zaman deyil. Dövlət qurumlarına, hakimiyyət strukturlarına müraciəti ertələyn. Maksimal dərəcədə diqqətli olun. Birgə layihənin həyata keçirilməsində maraqlarınızı ani hisslərə qurban verməyin.
Günün ikinci yarısı tədqiqat, potensialın və imkanların dəyərləndirilməsi üçün faydalıdır. Dəyər verdiyiniz insanlarla münasibətləri aktivləşdirin. Əhvalınız normal olmasa da, ciddi və diqqəli davranın. Belədə ailə üzvlərinin nigaranlığı da aradan qalxar.
Xərçəng - işlərə ciddi yanaşın. Emosiyalarınıza nəzarət edin. İşdə rəhbərlik və həmkarlarla təmaslarda diqqətli olun. Yaxın ətrafınızdakı insanlar qarşısında sərt tələblər qoymayın. İradların sayını artırmağa dəyməz.
Günün ikinci yarısında hadisələrin axarına təsir edə bilməsəniz, əhvalınız korlanacaq.
Axşam saatlarına yaxın sevdiyiniz insanla gəzintiyə çıxın. Kitab ala bilərsiniz. Səhhətinizə fikir verin.
Şir - bacarıq və təcrübənizi artırmaq üçün yaxşı zamandır. Təhsil alırsınızsa, biliklərin yeni sahəsinə maraq oyana bilər. Nüfuzunuzu artırın. Statusunuzda dəyişikliklər olacaq. Yaxın ətrafınızdakı yeni simalardan birinə səlahiyyət və məsuliyyətlərinizin bir hissəsini həvalə edə bilərsiniz.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Ağrılar hiss etsəniz, yalnız sınanmış, anladığınız dərman preparatlarından istifadə edin. Yeni pəhrizə başlamaq, gün rejimini dəyişmək üçün münasib zaman deyil.
Qız - işləri nizama salın. Yaşam arealında təxirəsalınmaz tədbirlərə ehtiyac var. Adi günlərdən fərqli olaraq detallara və xırdalıqlara xüsusi fikir verin. Yaxın ətrafınızdakı insanların məsləhətinizə ehtiyacı var. Çətin problemlərin həllində irəliləyişlər ola bilər.
Günün ikinci yarısı pedaqoji və ya elmi fəaliyyətlə məşğul olanlar üçün yaxşı zamandır. Ünsiyyətdə səmimi, adekvat olsanız, gərəkli anda gərəkli sözləri deməyi bacarsanız, irəliləyiş qaçılmazdır. Kainatın mərkəzi olduğunuzu düşünməyin. Sadə, təvazökar olun. Ailə üzvlərinin dediklərinə qulaq asın.
Tərəzi - ətrafınızdakı bəzi insanların ikili həyatı sizi çılğına döndərməsin. Maskaların yırtılmasına hələ çox var. Sonucda məxfi məlumatı əldə edə bilərsiniz. Bu, baş verməsə belə, zahirdə görünənlə müqayisədə batindəki məğz sizi daha çox narahat etməlidir.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanları sərt tənqid etməyin. Dərs demək fikrinə düşməyin.
Səs-küylü məclisə, insanların çox olduğu yerə yollanmayın. Axşam saatlarını yaxınlarınız və sevdiyiniz insanlarla birlikdə keçirin.
Əqrəb - yaşam təcürbənizə güvənərək avantüralara qatılmayın. Velosiped ixtira etməyə dəyməz. Daha təcrübəli insanın məsləhətinə və ya başlamaq istədiyiniz işə bələd şəxsin dediklərinə qulaq asın. Belədə problemi daha asan və tez həll edə bilərsiniz. Günün ikinci yarısında intensiv əməkdaşlıq bir sıra problemləri çözməyə imkan verəcək.
Axşam saatlarında asan və maraqlı ünsiyyət istisna deyil. Romantik macəra da ola bilər. Yaxınlarınızla münasibətlərinizi gərməyin. Hər şey sizin əlinizdədir. Situasiyaya təsir edərək fikir ayrılığının münaqişəyə çevrilməsinə imkan verməyin.
Oxatan - problemi şəxsi görüşdə daha məhsuldar şəkildə həll etmək olar. Şablon qaydada çalışmayın. Yaxın ətrafınızdakı insanların hərəkətlərinin motivasiyasını anlamağa çalışın. Fərdi təmaslarda xeyir var.
Günün ikinci yarısında uzunmüddətli səfərlər və alış-veriş məsləhət deyil.
Yaxınlarınızla söhbətdə təmkinli davranın. Haqlı olduğunuzu həddən ziyadə emosional şəkildə sübuta yetirməyə çalışmayın. Məntiq və arqumentlərə sığının. Səbrli olun, çünki qarşı tərəf dediklərinizlə asanlıqla razılaşmayacaq.
Oğlaq - aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün sivil vasitələrin hamısından istifadə edin. Yeni predmeti araşdırmaq, danışıqlar aparmaq, səfərə yollanmaq üçün pis gün deyil.
Günün ikinci yarısında xeyirxah və nikbin olun. Yaxın ətrafınızdakı insanlara kömək edin. Doğrudur, onların bəziləri hisslərinizi və əməllərinizi layiqincə dəyərləndirməyəcəklər.
Ailədəki mühiti yaxşılaşdırmaq üçün xırdalıqlara fikir verməyin. Bəzən kiçik hədiyyə və ya gül dəstəsi romantik münasibətlərin təməlini qoya bilər. Subaysınızsa, yeni tanışlıq ola bilər.
Dolça - sizi tənqid edən insanın dedikləri peşə fəaliyyətinizə müsbət təsir edəcək nüanslara çevrilə bilər. Problemlərin müzakirəsindən çəkinməyin. Səhvləri tərəfdaş və ya şəriklə birlikdə təfərrüatlı formada nəzərdən keçirin.
Günün ikinci yarısında hisslərinizin rəvan olacağına bel bağlamayın. Yaxınlarınız əminlik və stabillik istəyirlər. Onlar sizdən yardım gözləyirlər. Seçim etməlisiniz. Ya prinsiplərinizə sadiq qalmalı, ya da ailə üzvlərinə güzəştə gedərək mövqeyinizdə dəyişikliklər etməlisiniz.
Balıqlar - olaylarla bağlı şəxsi fikriniz ətrafınızdakı insanlar üçün maraqlı deyil. Başqasının fikirləri ilə ya razılaşmalı, ya da münaqişə situasiyası yaratmaq bahasına olsa da, mövqelərinizdən geri çəkilməməlisiniz.
Şəraitə uyğunlaşmağa çalışmayın. Günün ikinci yarısı güzəştlər zamanıdır. Uğursuz situasiya əhvalınızı korlaya bilər. Öhdəsindən daha yaxşı gəldiyiniz işlə məşğul olun. Tələsməyin.
Yaxınlarınızla təmaslarda sadə və səmimi olun. Onların dediklərini anlamağa çalışın. Ailə üzvlərinin arqumentləri və niyyətləri sizin üçün ciddi əhəmiyyət kəsb etməlidir.
Milli.Az
Süleyman Babayev həbs edilib
Ərdoğanla Zelenski telefonda müzakirə aparıblar
Gürcüstan prezidenti Ankarayə gəlib
"Yaxşı olardı ki, səfir erməni dilini bilsin" - Sabiq nazir Ermənistana səfir göndəriləcəyi haqda suala “necə məsləhətdir”", - deyə cavab verdi
Mikayıl Cabbarovun bacanağı yüksək posta iddialıdır - Zakir İbrahimovla bağlı maraqlı iddia yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
ABŞ-da iki təyyarə toqquşub - Ölənlər var
Qəzzada daha 5 nəfər aclıqdan ölüb
907-ci düzəlişin haqsızlığı barədə - Saleh Məmmədov yazır
İndoneziyada zəlzələ baş verib - 6,5 bal gücündə
Dindarlar İlham Əliyevə müraciət ünvanlayıb - MƏTN
MİQ üzrə vakansiya seçimi: nəticələr açıqlanıb
Vilayət Eyvazovun vətəndaş qəbulunun tarixi dəyişib
Onlar bu xəstəxanalara direktor təyin edildi - FOTO
Cəmaləddin Quliyev: "70-dən çox ölkənin həmkarlar ittifaqları ilə əməkdaşlıq edirik"
Nelson Semedo: "Əlimizdən gələni edəcəyik"
Qəzzada daha 30 fələstinli həlak olub
Aparıcı Aytən Səfərovaya cinayət işi açılıb - O, nədə ittiham olunur? (AÇIQLAMA, YENİLƏNİB)
ABŞ-da ticarət mərkəzində silahlı insident: 2 nəfər öldürülüb
Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
Joze Morinyo: "Əsas məqsədimiz pley-offa vəsiqə qazanmaqdır"
Dövlət Agentliyinə 1.5 milyon manat ayrılıb - Sərəncam
Prezident İlham Əliyev yeni fərman imzalayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının inkişaf strategiyası təsdiqlənib
Robin Van Persi: "Mərhələni keçmək şansımızı 50% görürəm"
"Fənərbağça Basketbol" klubu Khem Birçin müqaviləsini uzadıb
Albaniya prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Prezident İlham Əliyev Elektron Hökumət İnformasiya Sistemi barədə fərman verdi - DETALLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xəzər dənizində zəlzələ olub
"Əlavə tədbirlər görülməlidir" - Əmirbəyov yeni anlaşmadan danışdı
Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verildi
Donald Tramp: "Onlar böyük liderlər və mənim yaxşı dostlarımdır!”
Xəzər dənizində boğulan gəncin meyiti tapılıb
Samir Məmmədov yeni vəzifəyə təyin edildi
İstanbul bələdiyyəsinin daha 13 işçisi tutulub
Barış Alper Yılmaz "Qalatasaray"dan gedir? - Təkliflər var
AAK üç nəfərə professor elmi adının verilməsindən imtina etdi
Avropa klubları En-Nesiri ilə maraqlanır
Kəlbəcərdə yük maşını dərəyə yuvarlanıb
Sülhə dəvət: İlahi və tarixi zərurət - Hacı Surxay Məmmədli yazır
Azərbaycan nefti cüzi bahalaşdı