Sumqayıt şəhər sakini ölkə rəhbərliyinə müraciət edib

img

24-11-2023 [12:19]


Sumqayıt şəhər sakini Natiq Bəylər oğlu İsayev ölkə rəhbərliyinə müraciət edib.

Bu barədə Mia.az məktubunun sürətini göndərən Natiq İsayev bildirib ki, 22.11.2023-cü ildə 74 yaşı tamam olan Sumqayıt hər gün gözəlləşsə də, bəzi qurumlara bu amillər hələ də “yad” gəlir: "Şikayətimiz Sumqayıt şəhərində 5 №-li marşrut avtobusunun çatışmamazlığındandır. Belə ki, 20:45-dən sonra 5 №-li avtobusun işləmir. Bu avtobus marşrutundan əsasən Sumqayıt şəhər Xəzər bağları, Kotec qəsəbəsi, İnşaatçılar qəsəbəsi, Kimyaçılar qəsəbəsi, 1-ci, 2-ci, 3-cü 14-cü, birləşmiş məhəllədə yaşayan insanlar istifadə edir. Biz valideynlərlə yanaşı, övladlarımız da əziyyə çəkir. Çıxılmaz vəziyyətdə qalmışıq. Taksilərdən istifadə etməyə maddi imkanımız olmur. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsək də bizim problemə məhəl qoyan yoxdur".

Şikayətçi sonra xahiş edir ki,  Sumqayıt şəhərində 5 №-li avtobus marşurtunun heç olmasa gecə 23:00-a kimi fəaliyyət göstərməsi üçün aidiyyatı qurumlara göstəriş verilsin.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR