Salyanda gənc oğlan kollektorda boğuldu

img

10-06-2014 [13:38]


Fövqəladə Hallar Nazirliyi 1990-сı il təvəllüdlü Bəxtiyar Fazil oğlu Sevdimalıyev Mil-Muğan kollektorunda boğulması ilə bağlı məlumat yayıb. 

FHN-nin saytına istinadən xəbər verir ki, qurumun "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, gənc oğlan Mil-Muğan kollektorunun Salyan rayonu, Qızılağac kəndindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 35 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. B.Sevdimalıyevin cəsədi batdığı yerdən, təxminən, 5000 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat bu gün saat 07:50-də başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA