"Azərlotereya" büdcəyə nə qədər ödəniş edib? - Gizlədilən əməliyyat və ya susan ASC...
22-11-2023 [17:57]
"Bəzi müəssisələr üzrə xalis mənfəət əldə edilsə də, büdcəyə dividend ödənişi həyata keçirilmir".
Mia.az AFN.az-a istinadla xəbər verir ki, bu haqda məlumat “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində əksini tapıb.
Rəydə göstərilir ki, “Azərlotereya” ASC səhmlərində dövlətin payı olan müəssisə olaraq 2022-ci il üzrə dövlət büdcəsinə heç bir divident ödəməyib. Maraqlıdır ki, “Azərlotereya” ASC-nin 2022-ci il üzrə maliyyə hesabatında Hesablama Palatasının əksinə olaraq, müəssisənin ötən il üzrə 30,194,740 manat dividend ödədiyi qeyd edilib.
Bəs, “Azərlotereya” ASC dividendi hara və necə ödəyib?
30 milyon manatdan çox vəsaitin büdcədə əksini tapmamasına səbəb nədir?
Mövzu ilə bağlı sualları ASC-nin mətbuat xidmətinə ünvanlasaq da, dəqiq cavab ala bilmədik.
Belə ki, “Azərlotereya”dan verilən cavabda ölkə başçısının qurumun idarəetməyə verilməsilə bağlı sərəncamı xatırladılır: “Məlum olduğu kimi, ölkə başçısının 16.01.2021-ci il tarixli 2443 nömrəli Sərəncamına əsasən “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib. Şirkətin idarəetməyə verildikdən sonrakı dövrdə dövlətə olan ödənişləri sözügedən müqavilə əsasında həyata keçirilir. “Azərlotereya” ASC-nin 2022-ci il üzrə maliyyə hesabatı ilə daha ətraflı şirkətin saytından tanış ola bilərsiniz”.
“Azərlotereya”dan verilən cavabda həmçinin, mövzu ilə bağlı detallı məlumat əldə etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməyimiz tövsiyə edilir.
Cavabda birbaşa göstərilməsə də, aydın olur ki, ASC müvafiq ödənişi Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə ödəyib. Beləliklə, növbəti sorğularımızı adıçəkilən Xidmətə və Maliyyə Nazirliyinə ünvanlamaq məcburiyyətində qaldıq. Cavabları təqdim edəcəyik.
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR