Bu gün sizi nə gözləyor? - BÜRCLƏR
22-11-2023 [00:05]
Qoç - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Proqramlaşdırma, informasiya sistemləri, marketinq, dəqiq avadanlıqla bağlı işlərdə daha ciddi nailiyyətlər olacaq. Fərqli istiqamətdə yeni layihəyə başlamaq olar.
Günün ikinci yarısında yaxınlarınız məişət problemini aktiv müzakirə edəcəklər. Onlar sizi də mübahisəyə qatılmağa vadar edəcəklər. Emosiyalar burulğanına düşməyin. Hisslərinizin əsiri olsanız, ciddi ixtilaflar yarana bilər. Axşam saatlarında xoş sürpriz olacaq.
Buğa - kiçik problemlər və fikir ayrılıqları mənfi emosiyalar yarada bilər. Pis təsir, avadanlığın sıradan çıxması sizi qeyri-adekvat davranışa vadar etməməlidir. İnsan amilini də nəzərə alın. Yaxın ətrafınızdakı insanların əməllərini təhlil edin. Günün ikinci yarısında tərəfdaşlarla ünsiyyətdə müəyyən çətinliklər yarana bilər.
Qohumlarla təmaslarla mövqeyinizi var qüvvənizlə müdafiə etməyə çalışmayın. Unutmayın ki, ən yaxın adamlarınızın yaşamla bağlı mövqeləri sizdən fərqlənə bilər. İnadkarlıq və aqressiya kəskin mübahisə yarada bilər.
Əkizlər - yaradıcılıq fəaliyyəti ilə məşğul olanları uğur gözləyir. Tərəfdaş və müttəfiqlərinizin qatıldığı tədbirdə iştirak edin. Onlardan dəstək alacaq, yeni ideyaları paylaşmaq şansı əldə edəcəksiniz.
Təcili yola çıxmaq zərurətinin yarandığı situasiya formalaşa bilər. Sükan arxasında ehtiyatlı olun. Problemlər riski artır. Günün ikinci yarısında dostların sözlərinə qulaq asın. Axşam saatlarını evdə keçirmək olar. Romantik görüşü təxirə salın. Vaxtınızı sevdiyiniz insana həsr edin.
Xərçəng - peşəkar fəaliyyət üçün əlverişli zamandır. Dəyişikliklərlə bağlı tərəddüd etməyin. Əsas gəlir mənbəyinin yenilənməsinə və ya fərqli istiqamətin seçilməsinə ehtiyac var.
İş yerinin və ya məşğuliyyət formasının dəyişdirilməsi ilə məsələni nəzərdən keçirmək olar. Planlarınız barədə addımbaşı danışmayın. Bununla yanaşı, etibar etdiyiniz adamlarla söhbətlərdə yaxşı hesab etdiyiniz ideya barədə də susmayın. Günün ikinci yarısında yaxınlarınız sizi dəstəkləyəcəklər. Köklü islahatlar üçün maddi yardıma ehtiyacınız var. Axşam saatlarını sakit şəraitdə keçirin.
Şir - yenilik, müxtəlif emosiyalar və təəssüratlar axtarışı maraqlı ideyalar vəd edir. Çalışdığınız məkanda təəşbbüskar olun, rəqiblərinizi üstələyin. Mövqeyinizin absolyut həqiqət olduğunu israr etsəniz, problemlərlə qarşılaşacaqsınız. Daşınmaz əmlakla bağlı riskli əməliyyatlar aparmayın. Günün ikinci yarısında sərtlik və aqressivlik yaxınlarınızla münasibətlərdə çətinliklər yarada bilər. Yaşamınızda yeniliyə zərurət duyulur. Dəyişikliklər bəzi mübhəm ünsürlərin üstünə işıq salacaq.
Qız - yaşamın rutin, yeknəsək ritmi sizdə dəyişikliklər istəyi yarada bilər. Daxili impulsa aldanaraq düşünülməmiş addım atmayın. Mümkün problemləri nəzərdən qaçırmayın. Yaxın gələcəkdə baş verə biləcək hadisələrə hazırlaşın. Günün ikinci yarısında iş yeri və ya fəaliyyət sahəsinin dəyişdirilməsi ilə bağlı maraqlı təkliflər ala bilərsiniz.
Ailə qayğıları və məişətdəki problemlərin qulaqardına vurulması yaxınlarınızın səbr kasasını dolduracaq. Ailədə qarşılıqlı anlaşmaya nail olun. Yoxsa müxtəlif iradlar və ittihamlarla üzləşəcəksiniz.
Tərəzi - dostlardan biri sizə "macəra" hazırlayıb. Ekstremal situasiyadan asanlıqla çıxış yolu tapmaq mümkün deyil. Astagəl, süst olmayın. Ətalətlə davranmayın. Risk etmək olar. Peşəkar fəaliyyət sahəsində müxtəlif ekspermentlər zamanıdır. Günün ikinci yarısında yaxınlarınızla münasibətləri daha da yaxşılaşdırın. Pozitiv olun, kobudluq etməyin. Yeni dostlar tapa bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - kommersiya, fəaliyyət sahəsində yeniliklər üçün yaxşı zamandır. Qabiliyyətləriniz, bilik və bacarıqlarınızı daha effektiv şəkildə nümayiş etdirin. Məhkəmədə problemlərinizi, hüquqi məsələləri həll etmək olar. Yaşam bir yerdə durmur. Emosional irəliləyiş də gərəkdir. Günün ikinci yarısında planlara yenidən baxmaq gərəkdir. Stress və əsəblərin gərilməsi istisna deyil. Dözün, çünki bütün bunlar yeni imkanlar üçün "ödəniş"dir.
Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla münasibətləri arxa plana atmayın. Diqqətsizlik və laqeydliklə suçlanmamaq üçün onlarla ünsiyyətdə olun.
Oxatan - situasiya sizdən diqqətlə işləməyi və məqsədə doğru aramla hərəkti tələb edir. Çılğınlıq etməyin, düşünülməmiş qərarlar verməyin. Ehtiyatlı olun. Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər. Günün ikinci yarısı işdə rəhbərliklə görüş və ya hüquqi mübahisələrin həlli üçün əlverişli deyil. Şəxsi münasibətlərdə emosional olmayın, əvvəlki səhvləri təkrarlamayın. Axşam saatlarını yaxınlarınıza həsr edin. Bəzi işlər ailə münasibətlərindən üstün deyil.
Oğlaq - qəti qərar qəbul etməzdən əvvəl yanlış yolda olmadığınıza əmin olun. Ani hisslərə əsaslanan addımlar zamanı deyil. Uzunmüddətli layihəni, aldığınız sifarişi, biznesi təhlükəyə atmayın. Arqumentləriniz səbatlı, addımlarınız məntiqli olmalıdır.
Günün ikinci yarısı üçün romantik görüş planlaşdırmayın. Sevdiyiniz insanla münasibətlərdə problemlər yaratmayın. Səhhətinizə fikir verin. Enerji səviyyənizin aşağı düşməsi xoşagəlməz situasiyaya təkan verə bilər. Normal istirahət edin.
Dolça - yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Sərt sözlər qarşı tərəfdə inciklik yaratmaqla yanaşı, qarşısıalınmaz fəsadlara səbəb ola bilər. Aqressiv və tərs opponentlə üzləşəndə təmkinli olun. Onun prinsipləri sizin mövqelərinizdən köklü şəkildə fərqlənirsə, soyuqqanlı davranın.
Günün ikinci yarısında aktiv olun, maraqlanızı kiməsə qurban verməyin. Ailə həyatında problemlər olmayacaq. Yaxınlarınız sizdən məsləhət istəyəcəklər. Sevdiyiniz insanla birgə gəzintiyə çıxmaq imkanını əldən verməyin.
Balıqlar - innovasiyalar, yeni texnologiyalarla bağlı işlər uğur vəd edir. Problemlərin özbaşına, sakit şəkildə həllini tapacağını düşünməyin. Yeni avadanlığın öyrənilməsi və ya proqram təminatının araşdırılmasına vaxt sərf edin.
Günün ikinci yarısında işdə mühafizəkar həmkarlar və ya rəhbərliyin iradları ilə qarşılaşa bilərsiniz. Buna rəğmən geri çəkilməyin, bədbinliyə qapılmayın. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək. Özünüzü çox yormayın, istirahətə vaxt ayırın.
Milli.Az
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə