Şəhid atasının müraciəti qısa zaman ərzində həllini tapdı - VİDEO

img

21-11-2023 [12:06]


Salyan rayonu, Çuxanlı kəndində yerləşən bu evi digər evlərdən fərqləndirən ali bir məqam var - Şəhidlik zirvəsi.

Mia.az xəbər verir ki,  44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinov bu evdə doğulub.

Elə bu evdə böyüyüb boya-başa çatan Kamilin xatirəsini isə indi ailə üzvləri əziz tutaraq daim yaşadır. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini əziz tutan SOCAR-ın “Azəriqaz” İB də Kamilin atası Əliş Şirinovun müraciətini qısa zamanda təmin edib.

Müraciətə əsasən fərdi yaşayış evinin qarşısından keçən diametri 57 mm-lik qaz xəttinin yeri dəyişdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA