Təhsil sektorunda növbəti dəyişiklik: iki mühüm quruma yeni mətbuat katibləri təyin olundu - Onlar kimdir? (FOTO)

img

16-11-2023 [13:02]


Daha iki dövlət qurmuna mətbuat katibi təyin olunub.

Mia.az xəbər verir ki, müvafiq əmrlərlə  Zenfira Sevdimalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin,  Pərviz Əliyev isə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sözçüləri vəzifəsinə təyinat alıblar.

Xatırladaq ki, Z.Sevdimalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində mətbuat sektorunda işləyib. On, buna qədərsə, Elm və Təhsil Nazirliyi adlı yerdə İctimaiyyətlə Əlaqələr Sektorunda aparıcı mütəxəssisi vəzifəsini tutub. 

P.Əliyev isə vaxtilə ANS-də işləyib. O da bu təyinata qədər Elm və Təhsil Nazirliyi adlı yerdə İctimaiyyətlə Əlaqələr Sektorunda çalışıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi vəzifəsinə Bakı Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədovun da adı halllanırdı. Görünür, BŞTİ-nin rəhbəri Mehriban Vəliyevanın bu quruma müavin təyin olunması ona "yol" aça bilməyib.

Məluimat üçün qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil idarəsi bu yaxınlarda ləğv olunaraq bazasında 4 regional qurum yaradılacaq.

Həmin məlumatla ətraflı aşağıdakı klinkdən tanış ola bilərisiniz:

https://www.mia.az/w1057224/baki-seheri-uzre-tehsil-idaresi-legv-olunur-bazasinda-4-sektor-yaradilir-2023-11-15-151317

Samir

MİA.AZ 

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR