Saxlanılan nurçuların həbs müddəti uzadılıb

img

09-06-2014 [13:31]


Azərbaycanda saxlanılan üç "nurçu” barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, onlar Bakının Yasamal rayonunda keçirilən əməliyyat zamanı saxlanılıblar. Hər üç şəxs Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.
Onu da qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən "nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, "nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

Saxlanılan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA