Sabirabadda zabit kanalda boğuldu

img

09-06-2014 [13:16]


Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

 

Hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin zabiti, leytenant Bəxtiyar Fazil oğlu Sevdimalıyev Şirvan kanalına düşərək boğulub.
 
Zabitin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
 
Hələlik zabitin meyitini tapmaq mümkün olmayıb.
 
Dövlət Sərhəd Xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, zabitin axtarışları davam etdirilir /APA/.

- See more at: http://axar.az/news/20609#sthash.4mlGVEkU.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA