"Azercell"in jurnalistlər üçün təşkil etdiyi növbəti ingilis dili kursları sona çatdı

img

13-11-2023 [17:31]


Media nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına və ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə keçirilən ödənişsiz ingilis dili kurslarına 22 jurnalist qatılmışdı

"Azercell Telecom" MMC-nin jurnalistlər üçün nəzərdə tutulmuş ingilis dilli kurslarının 2023-cü il buraxılışını çap, onlayn və elektron mediada fəaliyyət göstərən 11 nəfər media nümayəndəsi uğurla başa vurUB.

Mia.az xəbər verir ki, ümumilikdə bu tədris ili üçün Azercell-in ödənişsiz ingilis dili kurslarına 22 jurnalist qatılmışdı ki, onlardan 11 nəfər kursları bitirməyə müvəffəq oldu.

İştirakçıların ingilis dili bilikləri əsasında qurulmuş qruplarda dərslər ixtisaslaşmış müəllimlər tərəfindən həftədə 2 dəfə onlayn formatda keçirilib. 6 ay davam etmiş ingilis dili dərslərində media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə dərslər keçirilib.

Kursların bitməsi "Azercel"in Baş Ofisində təntənəli surətdə qeyd edildi. İngilis dili kurslarında iştirak etmiş media nümayəndələri sertifikatla təltif olundular. İmtahanlarda ən yüksək nəticə göstərmiş 4 jurnalist isə "Azercell"dən xüsusi hədiyyə əldə etdi.

Jurnalistlərin peşəkar inkişafına yardım edən layihələr reallaşdıran "Azercell" 15 ilə yaxındır ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyə qədər yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR