Daha bir Agentlikdə mətbuat katibi təyinatı oldu

img

13-11-2023 [10:32]


Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) yeni mətbuat katibi təyin edilib.

Məlumata görə, bu, Zeynəb Kazımovadır.

O, bundan əvvəl Bakı Slavyan Universitetinin Mətbuat və informasiya mərkəzinin müdiri olub(Report).

Daha sonra o, Gömrük Komitəsində işləyib, Gömrük Akademiyasında və digər qurumlarda mətbuat katibi işləyib.

Z.Kazımova həm də fransızdilli "Le Carrefour" jurnalının baş redaktorudur.

Onu da qeyd edək ki, AERA Prezidentin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında yaradılıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR