“Anglo Asian Mining” şirkəti “Gədəbəy” yatağındakı fəaliyyətini bərpa edib
08-11-2023 [15:08]
Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti “Gədəbəy” yatağında fəaliyyətini bərpa etmək üçün hökumətdən razılıq alıb.
Bu barədə “Anglo Asian Mining” şirkəti açqlama yayıb.
Bildirilib ki, şirkətin səhmləri hasilatı bərpasını elan etdikdən dərhal sonra 42 % bahalaşaraq hər səhm üçün 70,93 pens təşkil edib.
Qızıl, mis və gümüş istehsalçısı bildirib ki, “Micon International Ltd” müstəqil konsaltinq şirkəti tərəfindən aparılan ekoloji yoxlama zamanı müəyyən edilmiş tədbirlər əsasında öz fəaliyyətini və prosedurlarını təkmilləşdirmək üçün Azərbaycan hökuməti ilə fəaliyyət planı haqqında protokol imzalayıb. "Əksər maddələr gələn ilin sonuna kimi həyata keçiriləcək və bu, ciddi xərc tələb etməyəcək", - deyə şirkətin açıqlamasında qeyd olunub.
“Anglo Asian Mining” bəyan edib ki, mədən işlərinin dərhal başlaması qızıl filizi və mis konsentratı istehsalını əvvəlki səviyyələrə qaytaracaq. Bununla bağlı mədən şirkəti qızıl ekvivalentində illik hasilat proqnozunu 30-34 min unsiya səviyyəsində saxlayıb.
"Digər işlər mərhələlərlə həyata keçiriləcək. Flotasiya qurğusunun yenidən işə salınması mövcud anbar bəndinin divarının qaldırılmasından təxminən 90 gün sonra gözlənilir, - şirkət bildirir.
Xatırladaq ki, iyul ayının sonunda “Micon” şirkəti ətraf mühitin qorunması və təhlükəsizlik tədbirləri ilə əlaqədar “Gədəbəy” qızıl mədənində yoxlamaya başlayıb.
Sentyabr ayında “Anglo Asian Mining” şirkəti tədqiqat sahəsindəki radiasiya səviyyələrinin təbii fon şəraitinə uyğun gəldiyini, havanın keyfiyyəti ilə bağlı heç bir problem aşkarlanmadığını və tərkibində sianid olan heç bir torpaq nümunəsinin analitik aşkarlama həddini keçmədiyini bildirdi.
Həmçinin şirkət kimyəvi maddələrin daha yaxşı idarə edilməsi və saxlanması, sızma və ya "sianid hadisələri" kimi fövqəladə hallar üçün planların həyata keçirilməsi də daxil olmaqla, təkmilləşdirilməsi lazım olan sahələrin müəyyənləşdirildiyini və alternativ anbarların tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanacağını açıqlayıb.
Şirkət həmçinin bəyan edib ki, “Gilar” yatağının işlənməsini sürətləndirir və mövcud flotasiya qurğusunun anbar bəndinin modernləşdirilməsi üzrə işlərin uğurla başa çatdırılmasını təmin etmək üçün hökumətlə əməkdaşlıq edir.
Xatırladaq ki , hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4 %), 182,046 min unsiya gümüş (artım 17,8 %) və 2,516 min ton mis (azalma 5 %) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası 1,783 min ABŞ dolları olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7 %) satılıb(Report)
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb