Ağsu dolaylarında avtomobil dərəyə aşıb - Ölənlər var

img

06-11-2023 [11:10]


Ağsu dolaylarında “Mercedes” markalı avtomobil dərəyə aşıb, ölənlər var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, noyabrın 6-sı saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR