ŞUŞADA DƏHŞƏTLİ QƏZA: aşan maşında 5 nəfər yanaraq öldü - ADLAR

img

06-11-2023 [10:59]


Şuşa rayonunun Daşaltı kəndində avtomobil aşaraq yanıb.

Daxili İşlər Nazirliyinin Bərdə Regional qrupundan Mia.az-a bildirilib ki, noyabrın 4-də Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib.

Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Qəza ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərindən birinin əməkdaşlarıdır.

İstintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR