Rəqsanənin qohumları qandallandı - SƏBƏB

img

07-06-2014 [15:30]


May ayının 30-da Bakının Nərimanov rayonu ərazisində baş verən insidentin bəzi iştirakçılarının kimliyinə aydınlıq gəlib. 

Mia.az Anspress-ə istinadən xəbər verir ki, insidentdə saxlanılardan bir neçəsinin məşhur müğənni Rəqsanənin qohumları olduğunu üzə çıxarıb. 

Qeyd edək ki, rayonun Çermet qəsəbəsi razisində 93 saylı orta məktəbin qarşısında insident baş vermişdi. BMW X6 markalı avtomobilin sürücüsü yolda avtoxuliqanlıq edib, buna etiraz edən qəsəbə sakinləri ilə sürücü arasında əlbəyaxa dava baş verib. 

Dava zamanı havaya tapançadan atəş açılıb. Hadisə yerinə polis əməkdaşları gəlib. Keçirilən əmməliyyat zamanı Oktay Muradov, Nüşabə Hüseynova, Şəmistan Əhmədov, İlqar Əhmədov və Asif Qəniyev arasında Bakı sakinləri Ülvi Hüseynov,Turan və Tural Səfərovlar, Elçin İbrahimov və Məmməd Əsgərov tutulub. Avtomobildə Anar Əhmədov digər "Mercedes" markalı avtomobildə isə Samir İsmayılov və İlqar Səfərov da olub. 

Qeyd edək ki, insidentdə iştirak edən Turan, Tural və İlqar Səfərovlar məşhur müğənni Rəqsanə İsmaylovanın yaxın qohumlarıdır. Daha dəqiq desək Turan və Tural Səfərovlar ifaçının həbsxanadan yeni çıxan bacısı Ellada İsmaylovanın oğlanları olduğu bildirilib. Hər iki gənc hazırda həbsxanadadır. 

Polis araşdırmaları zamanı insidentdə İlqar İsmaylovun yaxından iştirak etmədiyi məlum olub və o məsuliyyətdən kənarlaşdırılıb.

Hadisə baş verən zaman müğənni Rəqsanə 16-cı bölməyə gedib və baş verənlərlə maraqlanıb. 

Xatırladaq ki, Ellada İsmaylova ötən illərdə İnsan alveri ilə məşğul olduğuna görə həbs edilmişdi. Ellada hazırda xarici ölkədə yaşayır və çalışır. Gənclər isə ifaçının anası ilə birlikdə Bakıda yaşayırlar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA