Dilan Polat və əri saxlanıldı - Qanunsuz mərc oyunu, çirkli pulların yuyulması və... (FOTOLAR)

img

01-11-2023 [09:36]


Türkiyədə gözəllik salonları ilə yanaşı, kosmetik məhsulların satışı şəbəkəsinin sahibi olan Engin Polat və həyat yoldaşı Dilan Polat əməliyyatla saxlanılıblar.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki,  şou aləminə yaxınlığı ilə tanınan və oliqarx yaşam tərzləri ilə seçilən cütlük qanunsuz mərc oyunlarının təşkili, çirkli pulların yuyulması, biznes rəqiblərini təhdid etmək, güllələtmək, vergidən yayınma və sair cinayətlərdə ittiham olunurlar.

Türkiyə mətbuatı yazır ki, İstanbul polisi ötən axşam onları evlərində saxlayıb: "Ər-arvadla yanaşı, onların ailə üzvlərivə bir sıra yaxınları -  Sıla Doğu, Kürşat Polat və Ahmet Gün da şübhəli şəxs qismində nəzarətə alınıblar".

Anadolu Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində onlar tibbi müayinədən keçirildikdən sonra ifadələrinin alınması üçün Polis şöbəsinə aparılıblar.

Ləman

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq