Məktəblini zorlayan şəxs Zərdabı yenidən qarışdırdı

img

06-06-2014 [19:08]


Zərdabda rayon əhalisini şoka salan hadisə baş verib.

AzNews.az-a daxil olan məlumata görə, Zərdab rayon Alıcanlı kənd sakini adı bir çox cinayət əməllərində hallanan İsrail İsmayılov Sarvan adlı həmkəndlisinin avtomobilini həyətindən qaçırdıqdan sonra maşını ərazidəki su kanalına aşırıb. Hadisə zamanı bəlli olub ki, avtomobildə İsrail İsmayılovla yanaşı bir qadın da olub. Alıcanlı kənd sakini olan bu qadının 3 uşaq anası olduğu da qeyd olunur. Oğurluq avtomobillə törədilən qəza zamanı İ. İsmayılov ciddi xəsarət almasa da, qadının taleyi barədə müxtəlif şayiələr dolaşır. Bəzi məlumatlara görə, qadın qəzada dünyasını dəyişib. Bundan başqa həmin qadının İsmaylov tərəfindən qaçırılması barədə də fikirlər dolaşır. Məlumata görə, İ. İsmayılov polis şöbəsində saxlanılır. Alıcanlı kənd sakini Sarvan istintaqa verdiyi ifadəsində də İ. İsmayılovun onun maşınını qaçırdığını təsdiqləyib. Zərdab rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Müşviq Əmirov isə AzNews.az-a bildirib ki, baş verən hadisə adi yol qəzasıdır: "Onun idarə etdiyi avtomobil yoldan çıxaraq balaca su gölməçəsinə düşüb. Bu zaman isə ölüm hadisəsi baş verməyib. Yol nəqliyyat hadisənin sxemi çəkilib. Polis hadisəni araşdıran zaman İsrail İsmayılova məxsus VAZ-21011 markalı avtomobili sürücülük vəsiqəsi olmadığı üçün cərimə meydançasına aparılıb. Ona protokol tərtib edilərək izahat alınıb və 152.2 maddəsinə görə ona 100 manat cərimə kəsilib. Dünən də İsrail İsmayılov cərimə ödənişi etdiyi üçün VAZ-21011 markalı avtomobilini cərimə meydançasından götürüb”.

 Qeyd edək ki, İ. İsmayılov ötən ilin yanvar ayında Zərdab rayonu Alıcanlı kəndində məktəbli olan yaxın qohumunu zorlamaqda ittiham olunub. Qız bu zorlanma hadisəsindən sonra dünyaya uşaq gətirib. Həmin hadisə ilə bağlı açılmış cinayət işi məsələnin ictimailiyi nəzərə alınaraq, Zərdab rayon Prokurorluğundan alınaraq, Respublika Baş Prokurorluğuna həvalə edilib. Amma cinayət işi hələ də məhkəməyə göndərilməyib.

 Zorlanan qızın anası Könül İsmayılova AzNews.az-a açıqlamasında iddia edir ki, baş verən hadisə Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən məqsədli şəkildə açılmır. 

K.İsmayılova onu da bildirib ki, Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən üstü örtülməyə çalışılan bu hadisə İsmayıovun ilk əməli deyil. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA