“Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” layihəsi uğurla yekunlaşıb - FOTOLAR
25-10-2023 [11:50]
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində təlimlər yekunlaşdırılıb.
Mia.az xəbər verir ki, təlimin yekunu olaraq 02 sentyabr 2023-cü il tarixdə “World Business Center” tədbir keçirilib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri Fikrət Yusifov açaraq, layihə haqqında ətraflı məlumat verib.
Çıxışçı nitqində "Mühasibat Uçotu haqqında" qanunun tələbləri, ölkədə uçotun beynəlxalq standartlara keçidi üzrə mövcud vəziyyət, hazırkı təlimin beynəlxalq standartlara keçid baxımından əhəmiyyəti barədə geniş nitq söyləyib.
Tədbirin gündəliyinə uyğun olaraq təlimçi beynəlxalq standartların mühüm askpektləri, standartların mahiyyəti barədə çıxış etmiş, təlim iştirakçılarının sualları cavablandırılıb.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün “elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri” istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə qalib elan olunub.
Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir.
01 avqust 2023-cü il tarixdən başlamış təlimlər 1 ay boyunca davam etmiş, tədris proqramına uyğun olaraq 37 adlı Maliyyə Hesabatının Beynəlxalq Standartları üzrə təlim keçirilmiş, təlimə dair müxtəlif sertifikasiya mərkəzlərinin tədris vəsaitləri təlim iştirakçılarına paylanmış, hər bir iştirakçının fərdi inkişaf planı tərtib edilərək beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramlarında iştirakına dair məsləhətlər verilmişdir.
Tədbirin yekunu olaraq təlimdə davamlı olaraq iştirak etmiş iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.
MİA.AZ
“18+” - yeniyetmələr üçün məxfi açar sözlük - Təbriz VƏFALI YAZIR
İranda vətəndaşlara WhatsApp-la bağlı xəbərdarlıq: "Proqramı dərhal silin" - Qarşı tərəf isə "Biz istifadəçiləri izləmirik" deyir
İran İsrailə daha 25 raket atıb - 24-ü havada vurulub, biri isə...
İRAN LİDERİ: "Sionistlərlə bazarlıq olmayacaq" - "İsraillə qətiyyətlə mübarizə aparılmalıdır"
İspaniyadan Aİ ölkələrinə çağırış: "İsrailə silah embarqosu qoyun"
Kəngərli kəndinə daha 40 ailə köçürülüb
Yeni Qərargah növbəti raket hücumu ilə bağlı Hayfa və Təl-Əviv sakinlərinə səsləndi: "Şəhəri boşaldın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" braziliyalı müdafiəçi ilə anlaşıb
"İRANIN ALİ DİNİ LİDERİNİN GİZLƏNDİYİ YERİ DƏQİQ BİLİRİK, AMMA..." - Tramp Tehran rejiminə elə xəbərdarlıq elədi ki...
Ruben Vardanyan Bakıda məhkəmədə - Zərərçəkənlər ifadə verirlər
İsrail İranın qərbinə ard-arada zərbə endirir - Açıqlama
Azərbaycanda 282,9 min nəfər işsiz var
Bakıda unikal dələduzluq... - Məhkəmədə barışıq oldu
“Tiktok”da vətəndaşları aldadan şəxs saxlanılıb
Şəxsi həyatı ziqzaqlı olan aparc kanaldan qovuldu
Avropa Liqasının püşkü atıldı - "Sabah"ın rəqibi hansı komanda oldu?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əbülfəs Qarayevlə MÜSAHİBƏ: “Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - "Bilmirəm, nə qədər casusa oxşayıram..."
Nazirlər Kabinetindən dəyişiklik - 4 gün ardıcıl iş günü olmayacaq
38 yaşlı Tural Ələkbərov Qaraçuxurda saxlanılıb
Kamran Əliyevdən yeni - Təyinatlar
Pakistan XİN: "İranın əleyhinə səs verməymizi istədilər..."
DİM imtahanla bağlı məlumat yayıb
İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir - Deputatdan açıqlama
Cenk Tosun İstanbuldan ayrılır
"Dövlət rüsumu haqqında" qanun dəyişdi
Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib - Dəyişiklik
Azercell Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə rəssamın əsərlərindən ibarət kitabı təqdim etdi - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
“Qumar kralı”nın işi: Pərviz Məmmədov azadlığa buraxılıb
Qarabağ zonasında daha 1258.7 hektar ərazi minalardan təmizlənib
Vüsal Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Prezident İlham Əliyev Afrim Qaşini qəbul edib - FOTOLAR
Şagirdlərin yerdəyişməsi davam edir
İRANIN YENİ BAŞ QƏRARGAH RƏİSİ DƏ ÖLDÜRÜLDÜ - Ordu açıqlama yaydı