27 il əvvəl maşınında 4 güllə ilə öldürülən məşhur repçinin qətli... - Bir nəfər tutuldu

img

29-09-2023 [23:51]


1996-cı ildədə  ABŞ-ın Las-Veqas şəhərində silahlı hücumda öldürülən rep musiqisinin əfsanəsi Tupak Şakurun qətlində əli olanlardan biri bu gün həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 27 il bağlı qalan cinayət işi üzrə aparılan istintaq əməliyyat tədbirləri, nəhayət, bəhrəsini verib.

Məlumata görə, Las-Veqas polisi qətllə bağlı Duane Keefe Davis adlı şəxsi istintaqa cəlb ediblər.

Hələlik rəsmi açıqlama olmasa da, yerli mətbuat yazır ki, onun Şakurun qətlinə görə saxlanılması sirr deyil: "Yəqin ki, yaxın həftələrdə vinayət işi ilə bağlı sensasiyalı məlumat açıqanacaq".

Xatırladaq ki, o dövrün əfsanəvi repçisi sayılan Tupak Şakur 1996-cı il sentyabrın 13-də işıqforun qırmızı işığında gözləyərkən naməlum şəxs və ya şəxlər ona maşında 4 güllə sıxıblar. ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, o, bir həftə sonra həyatı ilə vidalaşıb.

Ləman

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq