Xaricdən Elektron Hökumət Portalına giriş məhdudlaşdırılıb - Səbəb

img

28-09-2023 [11:09]


Xarici ölkələrdən Elektron Hökumət Portalına giriş qismən məhdudlaşdırılıb.

Mia.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.

Qurum müxtəlif media qurumlarında “E-Gov.az” saytına kiber hücum edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib: "Məhdudiyyətin məqsədi mövcud vəziyyətlə bağlı tam rəqəmsal təhlükəsizliyin təmin edilməsi, vətəndaşlarımızın şəxsi məlumatlarının düşmənlərdən qorunmasıdır. Bu təcrübə xüsusi hallarda tətbiq edilir, yalnız müvəqqəti və önləyici xarakter daşıyır.

Hazırda Azərbaycandan olan istifadəçilər üçün Portal adi rejimdə işləyir. vətəndaşlardan heç bir şikayət daxil olmayıb, texniki proseslərlə bağlı hər hansı gecikməyə yol verilməməsi məqsədilə davamlı monitorinqlər aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 09.12.2023

Sabah yağış yağacaq