"Ezel"in "Ramiz dayısı"nın serialda yayımlanmayan İmirzalıoğlu ilə birgə rəqsi vəfatının ildönümündə paylaşıldı - VİDEO/FOTOLAR

img

28-09-2023 [10:21]


Məşhur aktyor, ssenarist, rejissor, prodüser Tuncel Kurtiz vəfatının 10-cu ildönümündə Balıkəsirdə Edremit rayonundakı məzarı başında anılıb. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Ay Yapım" şirkəti isə Tuncel Kurtizi ölümünün 10-cu ildönümündə onunn "Ezel" serialının çəkiliş meydançasından heç vaxt yayımlanmayan rəqs videosu ilə anıb: "Vəfatının 10-cu ildönümündə bənzərsiz şəxsiyyəti və bənzərsiz aktyorluğu ilə hamımızda dərin izlər qoyan sevgili Tuncel Kurtizi sevgi və həsrətlə yad edirik". 

Görüntüdə Tuncel Kurtiz və Kənan İmirzalıoğlu birlikdə Ankara havasını oynayırlar.

Xatırladaq ki, ustad aktyor Tuncel Kurtiz 2009-cu ildə yayımlanan "Ezel" serialındakı "Ramiz dayı" obrazı ilə geniş pərəstişkar kütləsi qazanıb. 

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR