Elçin Quliyevdən oğluna jest: Vardanyanın qoluna Məhəmməd Quliyev qandal vurub, yoxsa...* - FOTO

img

27-09-2023 [17:19]


Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən həbs edilib.

Mia.az xəbər verir ki, Gununsesi.info  Dövlət Sərhəd Xidməti tərəfindən paylaşılan fotoda  Vardanyanı saxlayan hərbçilərdən birinin kimliyini öyrənib.

Belə ki, Vardanyanın qolundan tutan gənc hərbçi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevdir.

Məlumata görə, Məhəmməd Quliyev DSX -da zabit kimi çalışır.

Mia.az xəbər verir ki, sosial mediada Vardanyanın saxlanma görüntülərində (aşağıda foto təqdim olunub - Mia.az) isə DSX rəisinin oğlu hadisə yerində, ümumiyyətlə,  görünmür. Maraqlıdır, bəs, DSX niyə Elçin Quliyevin oğlunu əməliyyatın iştirakçısı kimi qabardıb?

MİA.AZ

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA