Türkiyəli aktrisanın meyiti parkda tapılıb - İntihar, yoxsa...?

img

27-09-2023 [15:56]


Sonuncu dəfə "Kanal D"də yayımlanan “Çocuk Duymasın” serialında "Sultan" obrazını canlandıran 44 yaşlı aktrisa Seda Fettahoğlu bu gün səhər İstanbulda parkda ölü tapılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Kanlı Nigar", "Çalıkuşu" və sair serial və filmlərdə oynayan tanınmış aktrisanın parkda intihar etməsi barədə iddialar var.

İstanbul Polis İdarəsindən bildirilib ki, polisə bu gün səhər parkda bir qadının meyiti olması barədə  məlumat daxil olub: "Beyoğlunun Ömər Avni səmtindəki Hacı İzzet parkında aşkarlanan meyit İstanbul Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatrlarının aktrisası Seda Fettahoğludur".

Məlumata görə, Seda Fettahoğlu 1979-cu ildə Trabzonda anadan olub. 1997-ci ildə Trabzon Anadolu Liseyini bitirən Seda Fettahoğlu 2022-ci ildə Bilkent Universiteti Teatr Fakültəsini bitirib. İngilis dilini bilən Seda Fettahoğlu teatrdan başqa səs işi də edirdi. Fəttahoğlu karyerası boyu İstanbul Şəhər Teatrlarında bir çox tamaşada rol alıb.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq