Mahsun Kırmızıgül 8 illik fasilədən sonra yeni serial çəkilişinə başlayıb

img

25-09-2023 [11:40]


Müğənniliklə yanaşı, aktyorluq və rejissorluq karyerası da zəngin olan Mahsun Kırmızıgül 8 ildən sonra yeni serial çşəkilişinə start verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sonuncu dəfə "Prestij Meselesi" filmi ilə tamaşaçı qarşısına çıxan Mahsun Kırmızıgül bu dəfə G.A.D kod adlı serialda prodüser ortağı və baş rejissor kimi ağırlığını qoyub.

Türkiyəli jurnalist Birsen Altuntaşın xəbərinə görə, "Boyut Film" və "Med Yapım"ın birgə çəkəcəyi serialın adı gizli saxlanılır: "Sadəcə kod adı hələlik G.A.D. kimi təqdim olunur. Sonuncu dəfə 2015-ci ildə "Şehrin Melekleri" adlı serial çəkən Kırmızıgül hazırda yeni serial üçün aktyor və aktrisa heyəti ilə danışıqlar aparır".

Məlumata görə, serialın çəkilişlərinin Kapadokya və Qara dənizdə aparılması planlaşdırılıb.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq