YALTAQLIĞIN ANATOMİYASI
22-09-2023 [18:43]
Qalib ARİF
***
Düşünürəm ki, yaltaqlığın bizim cəmiyyətdə geniş yayılması, yuxarıdan aşağı bütün təbəqələri əhatə etməsi yəqin ki, hamını, əsas da biz ziyalıları narahat edir və etməlidir.
Maraqlıdır ki, dünyanın hər yerində yaltaqlıq bir vasitədir, məqsədə çatmağın alçaq, amma məhsuldar yoludur. Yəni təmənnalı, qarşı tərəfdən konkret bir şeylər uman hərəkətdir, faktiki olaraq, sosial nərdivanda yuxarı dırmaşmaq üçün bir rüşvətdir. Bizdə isə sanki murdar bir xəstəlikdir, insanların çoxu yaşından, başından asılı olmayaraq, özündən yuxarılara yaltaqlanmağı bir borc bilir və bunu bəzən tamamilə təmənnasız edir. Deməli, bizim yaltaqlıq da dünyada anoloqu olmayan bir şeydir, bütün dünyada rüşvətdir, bizdə isə xəstəlikdir?!
Yaltaqlıgın bizim cəmiyyətdə sürətlə inkişaf etməsinə, faktiki olaraq, epidemiyaya çevrilməsinə gəlincə, düşünürəm ki, burda obyektiv və konkret subyektiv səbəblər var.
Taleyim elə gətirib ki, mən on il Milli Elmlər Akademiyasında işləmişəm, 26 yaşından elmlər namizədiyəm. Sonra on il “Xalq qəzeti”ndə siyasi icmalçı işləmişəm, ölkə daxilində və xaricində baş verən siyasi hadisələrə şərh vermişəm. Daha sonra on il polis sistemində işləmişəm, paytaxt polisinin mətbuat xidmətinə rəhbərlik etmişəm. Sözümün canı odur ki, müşahidələrimi fikrimin süzgəcindən keçirib oxucuların ixtiyarına verməyə mənəvi haqqım və savadım çatır. Konkret mövzu ilə əlaqədar deyə bilərəm ki, Elmlər Akademiyasında, elm adamları arasında yaltaqlıq halları müşahidə olunur, amma geniş yayılmayıb, epidemiya şəkli almayıb. Burda iclaslarda, elmi konfranslarda yuxarıların, adlı-sanlıların tərifinə həsr olunmuş yaltaq çıxışları çox təsadüfi hallarda eşidə bilərsiz, doğrudur, tərif olur, amma əsaslı olur. Səbəbi çox sadədir, Akademiyada yaltaqlığı, yarınmağı aşağılar qəbul etmir, faktiki olaraq, “iqnor” edir. Akademiyada, elm adamları arasında yaltaqlığa qarşı sərt bir təpgi, ictimai qınaq var, burda yaltaqlara (üzr istəyirəm) “üzdəniraqlara” baxan kimi baxırlar. Odur ki, yuxarılar qəbul etsə də, aşağılar buna getmir, ictimai qınaqdan çəkinir.
Dediyim kimi, mən 10 ildən çox Bakı polisinin “Polis” qəzetinə rəhbərlik etmişəm, sistemi içəridən müşahidə etmişəm. Bizim polisdə diqqətimi cəlb edən və harada yaşamağımdan, çalışmağımdan asılı olmayaraq, ömrüm boyu xatırlayacağım əsas xüsusiyyətlərdən biri, yəqin ki, birincisi mərdlik, kişilik ənənələrinin qorunması və bu günə kimi saxlanmasıdır. Əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, bu gün polisdə yaltaqlıq hərəkətləri yox dərəcəsindədir. Mən 10 ildə Bakı polisinin bütün iclaslarında, toplantılarında iştirak etmişəm, bir dəfə də kiminsə yuxarıları tərif etdiyini, yarındığını görməmişəm. Burda səbəb başqadır – yuxarılar yaltaqlığı qəbul etmir. Polis rəhbərliyinin bir şüarı var və hər toplantıda başa çıxarılır: Yaxşılar, uğurlar hamısı bizimdir, odur ki, bu barədə danışmağa dəyməz. Biz çatışmamazlıqlardan, nöqsanlardan danışmalıyıq və onları aradan qaldırmalıyıq.
Təəssüflə qeyd etməliyəm ki, bütün bu dediklərimi bütün həyatımı həsr etdiyim mətbuat haqqında söyləmək çətindir. Mətbuatın elə bir iclası, toplantısı (istər yerli səviyyəli olsun, istər də respublika əhəmiyyətli) yoxdur ki, yuxarılar tərif edilməsin, yaltaqlıq ayaq açıb iclas boyu yeriməsin.
Qocaman professorun mötəbər tədbirdə ayağa durmasına, utanıb-qızarmadan ömründə bir abırlı “inşa” yazmayan, iki samballı kitab oxumayan qəzet redaktorunu “Azərbaycanın ən nüfuzlu jurnalisti” adlandırmasına nə ad vermək olar? (Təsəvvür edin ki, bu sətirlərin müəllifi istisna olmaqla, bütün tədbir çəpik çalır, alqışlayırdı) Bunun da səbəbi sadədir – yuxarıdan nəzarət, aşağıdan ictimai qınaq yoxdur. Yuxarılar tərifdən ötrü “sino” gedir, aşağılar da dayanmadan və usanmadan yuxarıları tərif edir. Və altından qırmızı xətt çəkərək deyə bilərəm ki, bu tərif təmənnalı tərifdir, yəni xəstəlik-zad deyil, əsl rüşvətdir.
Beləliklə, bizdə yaltaqlığın yaranmasının konkret subyektiv səbəblərini təyin etdik: yuxarılar nəzarət etmir, aşağılar da ictimai qınaq tətbiq etmir. Doğrudur, yaltaqlıq yalan üstündə bərqərar olur, amma yalan da qorxudan yaranır. İnsanlar ona görə yaltaqlıq edirlər, yalan danışırlar ki, qorxurlar, vəzifələrini, münasibətlərini, zəhmətsiz gəlirlərini itirməkdən qorxurlar, qanun qarşısında cavab verməkdən qorxurlar. Ümumiyyətlə, qorxusuz yaşamaqdan qorxurlar. Deməli, yalanın və yaltaqlığın əsas obyektiv səbəbi qorxudur. Cəmiyyətdə yaltaqlığın qarşısını almaq üçün ilk növbədə qorxu mühitini aradan qaldırmaq lazımdır...
Sonda mətləbdən bir az uzaqlaşmaq, mətləbə dəxli var deyə, bir pritça danışmaq istərdim. Deməli, Makedoniyalı İskəndər hələ eramızdan əvvəl Əfqanıstanı işğal edir, amma əfqan xalqının mübarizə əzmini qıra bilmir. Bunun üçün bir il Əfqanıstanda qalır, amma bir nəticə alınmır. İskəndər təcili bir məşvərət keçirir, alimləri, məsləhətçiləri cəm edir. Alimlərdən biri əsarət zəncirlərini sıxmağı, o biri boşaltmağı təklif edir. İskəndər cavab verir ki, bunları etmişik, amma bir nəticə hasil etməmişik. Orijinal məsləhəti Ərəstun verir, deyir ki, əfqan xalqı torpağa bağlı xalqdır, qışda dağda ovçuluqla, yayda düzdə əkinçiliklə məşğul olur. Torpağa bağlı xalq isə mərd xalqdır, onu nə qorxutmaq, nə də sındırmaq mümkün deyil. Bu xalqı torpaqdan ayırmaq, alverə qoşmaq (diqqət: söhbət ticarətdən getmir!) lazımdır. Məlum olduğu kimi, alverçinin torpağı, Vətəni olmur, onun dini, imanı pul, yalnız puldur...
Deyirlər həmin dövrdə əfqan xalqının bəxti gətirir, İskəndər Əfqanıstandan İrana gedərkən yolda qara qızdırmaya tutulub ölür... Amma təəssüf ki, bütün xalqların bəxti gətirmir...
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı