Məşhur Ukraynalı müğənni: "Ömrüm boyu türk milləti üçün savaşacağam"

img

22-09-2023 [13:12]


Ukraynanı "Eurovision"dakı ilk qalibi olan  müğənni Ruslana İstanbula tədbirə gəlib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ukraynalı müğənni burada çıxış edərək Türkiyəyə müharibədə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib: "Biz bunu unutmayacağıq. Mən şəxsən ömrüm boyu türk milləti üçün harada olur olsun, savaşacağam".

Məşhur müğənnni daha sonra deyib: "Mən savaşın ilk günlərindəki dəhşətli günü xatırlayıram. Səhər saat 05.00 radələrində raketlər evimizin üstündən keçməyə başladı. Xilasa yer yox idi. Ətrafımızda yanğın var idi. Biz tək qərar verdik. Sığınmayacağıq, müqavimət göstərəcəyik. Raketlərə, tanklara, atəşə qarşı durduq. Köhnə sistemlərimizlə müqavimət göstərirdik. Ayağa qalxdıq. Evimizi qoruduq, dedik, heç yerə getməyəcəyik, bu torpaq bizimdir. İndi qarşınızda uca dururam, çünki "Bayraktar"ı səmada gördük. Bizə sadəcə "Bayraktar" vermədiniz. Bizə güc qatdınız. Bu çox dərin bir hissdir. Türk millətinin bu fədakarlığını əsla unutmmayacağıq. Haluk Bayraktar və Selçuk Bayraktar, mən bu gün İstanbuldayam və demək istərdim ki, sizin həqiqətən böyük bir fanatınız oldum. Həyatımızı qurtardığınız üçün təşəkkür edirəm. Sizi sevirik".

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR