27 ilin müəlliməsi dövlət başçısına şikayət etdi: "Mənə yenidən imtahan verməyə şərait yaradın..."
22-09-2023 [09:21]
Bakı şəhəri, Nəsimi rayonu, R.Nəsirov adına 111 saylı orta məktəbin ibtidai sinif müəllimi Mənsurə Hüseynova sertifikasiya imtahanlarından sonra haqsızlıga mərüz qalıb.
Bu barədə Mia.az vasitəsi ilə dövlət başçısı İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edən müəllimə bildirir ki, 1996-cı ildən müəllim işləyib, müəllim maaşı ilə iki azyaşlı övladını təkbaşına böyüdüb.
İndi yeganə qazancından məhrum olub, çünki sertifikasiya imtahanından sonra onun hüquqları kobudcasına pozulub.
Müəllimə prezident İlham Əliyev açıq məktib ünvanlayıb və hüquqlarının bərpasında ölkə başçısından kömək gözləyir.
“Həyatın sərt üzünü uzun müddətdir görməyim, ailə xoşbəxtliyindən uzaq qalmağım və sair şəxsi problemlərimi, heç bir zaman işimə və övladlarıma yansıtmamışam. Son dövrlərdə səhhətimdə yaranmış bir neçə halla da təkbaşıma mübarizə aparıram”, - deyə müəllimə prezidentə ünvanladıgı məktubunda qeyd edur.
Onun sözlərinə görə, məktəblərdə şagirdlərin təhsilalma keyfiyyətinin artırılması üçün keçririlən, Təhsilverənlərin sertifikatlaşdırılmasında iştirak edib: “Lakin həmin imtahanın birinci mərhələsindən müvafiq keçid balını toplamamışam. İkinci imtahanda isə səhhətimdə yaranmış problemlə əlaqədar olaraq iştirak edə bilməmişəm. İmtahanda iştirak etməməyimə baxmayaraq, mən imtahandan lazımi balı toplamayan kimi qiymətləndirilərək, müvafiq qaydada işdən çıxarılmışam”.
Müəllimə bildirir ki, səhhətindəki problemlər barədə o, işlədiyi məktəbə vaxtında lazımi məlumatları çatdırıb. Bu məlumatlar da imtahanı keçirən müvafiq şəxslərə verilib. Amma buna baxmayaraq, müəllimə imtahandan kəsilən şəxs kimi işdən çıxarılıb: “Sizdən xahiş edirəm ki, mənim tək ana olmağımı, şəxsi həyatımın sıxıntılarını nəzərə alaraq övladlarımın böyüdülməsi və onların tərbiyə edilməsi üçün valideyn kimi məsuliyyət və vəzifələrimi, 27 ilə yaxındır ki, şagirdlərlə birlikdə keçirdiyim pedaqoji fəaliyyətimi (demək olar ki, artıq şəxsi həyatımın ayrılmaz hissəsinə çevrilmiş peşəmi) layiqincə davam etdirməyim üçün mənə kömək edəsiniz. Əgər sertifikasiya imtahanından azad olunmağım mümkün deyilsə, heç olmasa, səhhətimdə yaranmış problemlə əlaqədar imtahanda yenidən iştirak etməyimə şərait yaradılsın. Mən bunun qanunların və vicdanın icazə verdiyi halda mümkün ola biləcəyini düşünürəm. Sizin bununla baglı müvafiq göstəriş verməyinizi xahiş edirəm və Sizə çox ümid edirəm”.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib