Məşhur aktrisa tapança ilə özünü güllələyərək öldürdü 

img

20-09-2023 [11:37]


Türkiyənin Muğla şəhərinin Dalaman rayonunda ailəsinin yaşadığı evdə tabança ilə vurulmuş halda tapılan  məşhur aktrisa Merve Kayaalp bu gün dəfn olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Sakarya Fırat", "Elif", "Şeref Meselesi" və "Savaşçı" kimi məşhur seriallarda rol alan aktrisanın bir neçə gün əvvəl ata evində canına qıydığı xəbəri yayılıb.

Məlumata görə, aktrisa bəlli olmayan səbəbdən atasına məxsus sənədli tapança ilə başına atəş edərək özünü öldürüb.

Dəfn mərasimində aktrisanın sənət yoldaşıları və yaxınları iştirak ediblər. Ata və anası başda olmaqla, heç kəs bu intihara izah verə bilməyib.

Ləman

MİA.AZ
 

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq