Aktyor Rəhman Rəhmanın müğənni oğlu vəfat etdi: "Yazıq oldu, cavan canı getdi..."

img

19-09-2023 [20:16]


Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib.

Bu barədə Qaynarinfo-ya Rəhman Rəhman bildirib.

Onun sözlərinə görə, həkimlər mərhumun trombdan dünyasını dəyişdiyini qeyd edib:

"Yazıq oldu, cavan canı getdi. Çox gec bildik. Sən demə damarlarında tromb var imiş. Həkimlər əlindən gələni etdi, amma həyata qaytara bilmədilər. Mənim də qismətim belə gətirdi. Emilin ayaqda qalması üçün əlimdən gələn etdim. Heyif ki, onu yaşada bilmədim”, deyə Əməkdar artist bildirib.

Qeyd edək ki, Emil Rəhmanov uzun müddət narkotik asılılığından əziyyət çəkib, həbs həyatı yaşayıb. İlk evliliyindən bir övladı var. İkinci həyat yoldaşı isə müğənni Sabrina olub.  Rəhman Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR