İcra başçısı jurnalistlə belə xudafizləşdi: "Çao" - VİEO

img

16-09-2023 [19:10]


Xəbər verdiyimiz kimi, bu gün Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən avtomobil körpüsü çöküb.

Toplum TV-nin əməkdaşı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə hadisənin səbəbləri ilə bağlı sual ünvanlayıb.

E.Rzayev isə jurnalistə cavabında ölkə başçısına arzularını çatdırıb: “Allah cənab Prezidenti qorusun. Görürsünüz də hər şey öz yerindədir”. 

Daha sonra icra başçısı “çao” deyərək xidməti avtomobilinə əyləşərək gedib.

İcra başçısının bu cavabı sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Həmin görüntüləri təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib