Ermənilər Laçın postundan rahat gedib-gəlirlər

img

16-09-2023 [10:00]


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Mia.az xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 7 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 15 şəxs olub. Onlardan 8 nəfərinin xəstə olduğu bildirilir. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA