Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-09-2023 [00:09]
Qoç - mübarizəyə hazır olun. Qələbə asan olmayacaq. Müsbət təmayüllərin təsiri saatlar keçdikcə azalacaq. Problemlər və çətinliklərin sayı artır. Müşkül məqamlar işlə yanaşı, evdə və küçədə də yarana bilər. Maliyyə itkiləri istisna deyil. Günün ikinci yarısında xərclər nəzərdə tutulduğundan artıq ola bilər.
İşdə həmkarlar və rəhbərliklə münasibətləri korlamayın. Davranışınızı dəyişin, inad etməyin. Belədə bir sıra çətinliklərin yaranmasının qarşısını ala bilərsiniz. Axşam saatlarında normal istirahət edin.
Buğa - düşünülməmiş addımlar atmayın, tələskənliyə yol verməyin. Günün ilk yarısında önəmli işlərə başlamayın, mühüm qərarlar qəbul etməyin. Emosiyaların təsiri altına düşməyin. Təxribatlara uymayın, hisslərin əsiri olmayın. Belə davranışınızdan sizə yaxşı heç nə arzulamayan insanlar yararlana bilərlər.
Günün ikinci yarısında etibar etdiyiniz insan sizə zərbə vuracaq. O, hisslərinizi ələ salacaq, sonra da sirrinizi faş edəcək. Müsbət təmayüllərin təsiri artacaq. Bu yaxınlarda baş vermiş hadisələri təhlil edin, dürüst nəticəyə gəlin. Davranış modelində zəruri dəyişikliklər edin. Axşam saatlarında romantik münasibətlər istisna deyil.
Əkizlər - günün ilk yarısında başladığınız işlərdə uğur qazana bilərsiniz. Şanslarınızdan yararlanın. Müsbət təmayüllərin təsiri uzun müddət davam etməyəcək. Yaranmış situasiyadan faydalanın. Sürətlə və qısa müddətdə başa vura biləcəyiniz işə üstünlük verin. Yalnız nüfuzlu müttəfiqlər sizi dəstəkləyərsə, genişmiqyaslı layihələrə başlaya bilərsiniz.
Günün ikinci yarısında tanışlıqlar xoş münasibətlərin əsasını qoya bilər. Karyera müstəvisində irəliləyiş və maliyyə imkanlarını yaxşılaşdırmaq imkanları var. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - gün asan olmasa da, məhsuldardır. İşlərin çoxluğu və tər içində çalışmaq perspektivi sizi qorxutmasın, çəkindirməsin. Bacarıqlarınızı və peşəkar fəaliyyətdəki imkanlarınızı nümayiş etdirin. Bilin ki, özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışdığınız insan səylərinizi görməyəcək. Biliklərinizi göstərməkdən çəkinməyin. Özünüzü tərifləməyin.
Günün ikinci yarısında ünsiyyətdə problemlər yarana bilər. Müttəfiq saydığınız insan sizdə təəssüf hissi yaradacaq addım atacaq. Axşam saatlarında səhhətinizdə problemlərin yaranması istisna deyil.
Şir - son vaxtlar yaranan ideyalardan birini reallaşdırmaq olar. Başladığınız işi bitirin. Yeni tərəfdaşlar və əməkdaşlarla işbirliyi üçün münasib zamandır. İşgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə irəliləyişlər ola bilər. Münaqişələrə rəvac verməyin. Günün ikinci yarısında mübahisələrə qatılmayın. Əks təqdirdə təmaslar sürətlə korlana bilər. Rəqiblərin sayını artırmayın. Praqmat olun, soyuqqanlı davranın. Axşam saatlarında gəzintiyə çıxın.
Qız - xoşagəlməz məlumatlar ala bilərsiniz. İşgüzar məsələlərdən biri xeyrinizə həll olunmayacaq. Bütün problemlərə rəğmən sakit olun, təmkininizi pozmayın. Maraqlarınız uğrunda mübarizə aparmaq mənasızdır. Şəraitə uyğunlaşın, situasiyadan faydalanın. Günün ikinci yarısında anlayacaqsınız ki, situasiya o qədər də əlverişsiz deyil. Müsbət məqamlar da var. Dəyər verdiyiniz şəxsi münasibətlərin harmonik inkişafına çalışın. Axşam saatlarında xoş sürprizlər ola bilər. Romantik görüş üçün yaxşı zamandır.
Tərəzi - günün ilk yarısında ehtiyatlı olun. Emosional fon stabil deyil. Kənar təsir altına düşməyin, manipulyatorun qurbanına dönməyin. Situsiyanı soyuqqanlı, düşünülmüş şəkildə dəyərləndirin. Təhlükəli vəziyyətdən çıxış yolu tapın.
Günün ikinci yarısında situasiya sakit olacaq. Orijinal ideyalar, cəsarətli niyyətlər ola bilər. İşgüzar intuisiyanız iti olsun. Anlaşma və ya müqaviləni müzakirə edərkən maraqlarınızı unutmayın. Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edin.
Əqrəb - günün ilk yarısı uğurlu və xoş keçəcək. Sevimli işlə məşğul olmaq üçün əlverişli zamandır. Kimlərinsə neqativ münasibətindən, tənqidlərindən çəkinməyin. Peşəkar fəaliyyət müstəvisində çoxdan bəri mövcud olan problemi həll etmək imkanları yaranıb. Günün ikinci yarısında işlə bağlı məsələlərin həllində sizə yardım edəcək insanla tanış ola bilərsiniz. Axşam saatlarına yaxın çətinliklər və problemlər artacaq. Xoşagəlməz məlumatlar, gözlənilməz gecikmələr, planlaşdırılmamış xərclər ola bilər. Əhvalınızı korlamayın. Xırda məsələlər və kiçik problemlərə görə bədbinliyə qapılmayın.
Oxatan - diqqətli olun. Yaşamın müxtəlif sahələrində ciddi problemlər yarana bilər. Asan və səthi həll variantları o qədər də doğru deyil. Şəxsi münasibətlərdə mümkün qədər sayıq olun. Situasiyanı təhlil edəndə ən xırda təfərrüatları, kiçik detalları nəzərə alın. Başqa günlərdə fikir verməyəcəyiniz xırdalıqları indi qulaqardına vurmayın. Ayın əvvəlində tanış olduğunuz insanlardan biri günün ikinci yarısında sizə yardım edəcək. Dostlar və qohumlarla dil tapmağa çalışın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Oğlaq - günün ilk yarısında yaranan kiçik çətinliklər sizi bədbinləşdirməsin. Bütün işlərin alt-üst olduğunu düşünməyin. Mənfi təmayüllərin təsiri çox çəkməyəcək. Saatlar keçdikcə vəziyyət düzələcək. Proseslərdə müsbət dəyişikliklər var.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırmağa çalışın. Münaqişə və ya mübahisə etdiyiniz insanlarla əlaqələri bərpa edin. Yeni tanış dosta, işgüzar tərəfdaşa, tərəf-müqabilə çevrilə bilər. Hər şey sizdən asılıdır. Axşam saatlarında idmanla məşğul ola bilərsiniz.
Dolça - yaranmış qeyri-müəyyən, ağır situasiyadan faydalanın. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi möhkəmləndirmək, yaxşı gəlir əldə etmək imkanları var. İntriqalara meylli olmayın, başqasının etibarından sui-istifadə etməyin. Vicdanlı və ədalətli olun. Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından əlverişli zamandır. Hisslər güclü, emosiyalar qarşılıqlı olacaq. Qarşılıqlı anlaşamaya nail olmaq çətin deyil. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Balıqlar - ortaq işgüzar maraqlarınızın olduğu insanlardan biri sizə təzyiq göstərmək istəyəcək. O, sizə sərfəli olmayan qərar verməyinizə nail olmağa çalışır. Sakitləşin. Emosiyalarınızın qaydaya düşməsi üçün zaman gərəkdir. Başqalarının məsləhətlərini və mövqelərini qulaqardına vuraraq bildiyiniz kimi hərəkət edin.
Günün ikinci yarısında peşəkar fəaliyyət və kommersiya ilə bağlı məsələlərin həllini təxirə salmayın.
Axşam saatlarında romantik münasibətlər yetərincə harmonik olacaq. Bədbin təxəyyülünüzü gücləndirməyin. Hər şey yaxşı olacaq.
Milli.Az
"Beşiktaş" klubu Taylan Bulutu İstanbula dəvət edib
Qəzzada daha 18 mülki şəxs öldürülüb
Qod Nisanov oğluna toy edir
Ağdərənin Vəngli kəndinə də ilk köç olub - 22 ailə yerləşdirildi
"Leyptsiq" Romulonu transfer edib
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Nazım Hikmətə aid arxiv sənədi yayılıb - FOTO
Balıkəsirdə yenə zəlzələ oldu - 4,3 bal gücündə
Lavrov Alyaskada: "Trampla görüşün uğursuzluq ehtimalı..."
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
İsmayıllı rayonunda çətənə kolu yetişdirən şəxs həbs olunub
Lavrov "СССР" yazılı köynəklə Alyaskada - VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
İstanbul, Ankara, İzmir... - Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz-üzə
Ağdərənin Kolatağ kəndinə ilk köç olub - 89 nəfər yola salınıb
"Beşiktaş" Fahri Kerem Ay ilə bağlı məlumat yayıb
Jurnalistlərin binasında "hoqqa verən" "CityNet” KATV1-i də cənginə aldı - Məşhur şirkət niyə satılıb?
"Kocaelispor" polşalı yarımmüdafiəçi ilə müqavilə imzaladı
Baş nazirin müavini: "Biz Paşinyanı yenidən Rusiyada gözləyirik"
"Eyüpspor" Berke Özerlə bağlı xəbər yayıb
Prezident İlham Əliyev Deni Sassu Nqessoya məktub göndərib - MƏTN
Masallıda evə basqın: iki nəfər saxlanılıb, biri qohum çıxıb
Salyanda iyrənc olay: 37 yaşlı kişi 9-cu sinif şagirdini şantaj edib, daha sonra... - TƏFƏRRÜAT
Bu gün Bakının 3 rayonunun qaz olmayacaq
Məşhur hakim peyğəmbərlik eşqinə düşüb: "Allah mənə inanır, işarətlər görülür, qiyamət günü çatıb..."
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
İcra başçısının adının hallandığı qalmaqal... - Məhkəmə qohumunun şikayəti üzrə qərar verdi
Kəlbəcərdə dağda yıxılan kişi ölüb
İstanbulda "şəfəq əməliyyatı": daha bir bələdiyyə sədri saxlanıldı
BMT sülhməramlıları Livan ordusuna dəstək verib - İsraillə sərhəddə 120 post qurulub
İsrail İranı hədələdi: "Yenə xəbərdarlıqsız vurarıq"
Bu ölkədə dövlət çevrilişinə cəhd olub, həbslər başlayıb - Aralarında generallar və Fransa vətəndaşları da var
Konfrans Liqası: "Beşiktaş" pley-off mərhələsinə yüksəlib
Türkiyə super liqasında üç oyun təxirə salınıb - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyev “Fox News”a müsahibə verib: “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda..."
Konfrans Liqası: "Sabah" yarışla vidalaşdı
Qazaxda meşəlik ərazidə yanğın başlayıb - Əraziyə iki helikopter cəlb olunub (Yenilənib)
Ərdoğan NATO-nun baş katibi ilə müzakirə aparıb - Telefonda
Xalq artisti Aygün Kazımova iti ilə burada dincəlir - VİDEO
Qəzzada ölənlərin sayı 62 minə çatır
Taliska "Fənərbağça"dan ayrılır?
9 bələdiyyə sədri Ərdoğanın partiyasına qatıldı - FOTO