Ali Məhkəmənin hakimi mafiya liderinin "ona lüks ev və bahalı maşın aldım" iddiasına reaksiya verdi: "Ailəm varlıdır..." - "Bu, sabiq nazirə qarşı əməliyyatdır"
14-09-2023 [10:16]
Ötən həftə ölkədən qaçmağa hazırlaşan və hava limanı yolundan yerə yartırılaraq həbs olunan türk mafiyasının tanınan liderlərindən Ayhan Bora Kaplan polisdə bir çox nüfuzlu şəxsləri "baqaja" qoyub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ifadəsində Ankaranın keçmiş polis rəisi Alp Aslanla həmin dövrdə Ankara prokuroru, hazırda isə Ali Məhkəmənin hakimi olan Yüksel Koxamana böyük məblğdə rüşvət verdiyini də deyib.
Türkiyə mətbuatı yazır ki, mafiya lideri Ayhan Bora Kaplan Ali Məhkəmənin üzvü Yüksel Kocamana lüks villa və bahalı avtomobil hədiyyə etdiyini yazıb: "Alp Arsalan isə məındən 250 min dollar istədi...".

Mafiya liderinin bu iddiasına Ali Məhkəmənin hakimi operativ reaksiya verib.
O, HALK TV-yə açıqlamasında villa və avtomobil iddialarını qəti şəkildə təkzib edib. Kocaman çox açıq şəkildə deyib ki, bu, keçmiş Daxili işlər naziri, hazırda AKP-nin siyahısı ilə İstanbuldan deputat olan Süleyman Soyluya qarşı əməliyyatdır:

"İstintaqın da proseduru var. Polisin bu üslubu məni təəccübləndirdi: "Düşünürəm ki, burada Süleyman Soyluya qarşı əməliyyat var. İstintaqda da bir prosedur var. Polisin bu üslubuna təəccüb edirəm. Bəziləri yanlış yoldadır. Bura hüquqi dövlətdir. Bu gün onun üçün, sabah başqası üçün əməliyyat aparıla bilməz. Belə işlər küslülük, kinlə idarə oluna bilməz".
Kaplanın ona villa və lüks avtomobil hədiyyə etməsi ilə bağlı iddialara da toxunan Kocaman bildirib ki, 28-30 ildir bürokratdır:

"Prokurorluq stajına başlayanda iki mənzilim və bir "Audi" maşınım var idi. Atamın beynalxalq yükdaşıma üzrə nəqliyyat firması var. Varlı ailənin övladıyam. Üstəlik, bir şeyə ehtiyacım olsa belə, bu işə girəcək adam deyiləm. Yaşadığım evi 2020-ci ildə iki hissəli ödəmə ilə almışam. Mən hüquqşünasam, əzbər bilirəm hər şeyi. Ayhan Bora Kaplanə yönləndirənlər səhv edirlər. Bu adam nəsə sayaqlayıb və bunu polis İdarəsindən biri mətbuata səzdərmaq və kimisə qaralamaq doğruu deyil. Ankara Respublika Baş Prokurorluğundan 3 il əvvəl ayrılmışam. İndi iddia ortaya atılır. Orada işləyəndə də, indi də mən heç vaxt heç kimə bağlı olmamışam. FETÖ ilə səmimi mübarizə aparan bir adam olmuşam. Görünür, o zaman kiminsə canını yandırmışam, indi də illər keçsə də, qisas almağa çalışırlar”.
Ayhan Bora Kaplanla görüşüb-görüşmədiyi ilə bağlı sualı cavablandıran Kocaman qeyd edib ki, bir dəfə bir naharda 3-5 dəqiqəlik söhbətləri olub: "Bir gün bir yerdə nahar edirdik. Bəzi dostlarım dedi ki, "Ayhan Bora Kaplan adlı bir adam var. Polislər haqsız yerə onun arxasınca düşür. güvənliyindən narahatdır. O, səndən bir şeylər soruşmaq istəyir". O vaxt şam yeməyində idik. Başqa adlar da var idi. Ona görə "gəlsin" dedim. Gəldi. Dedi ki, təhlükəsizliyi ilə bağlı qorxusu var, tez-tez evi və iş yerlərini polislər əsassız olaraq basırlar. Mən də dedim ki, qanun var, əsasızdırsa, dəlil və subutlar varsa, hüquqi addımlar at. Bleə görüşümüz olub, vəssalam".
Tahir
MİA.AZ
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib