Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-09-2023 [00:17]
Qoç - ehtiyatlı olun, rahat gün deyil. Yoldan sapmaq, geri çəkilmək çox asandır. Fəqət yenidən yola qayıtmaq çətindir. Nəzərdə tutduğunuz planı tezliklə həyata keçirmək, layihəni reallaşdırmaq asan deyil. Maliyyə itkiləri istisan deyil. İşdə ciddi problemlər yarana bilər.
Günün ikinci yarısında yaxınlarınızdan yardım istəməyin. Onlar qərarlarınızı və əməllərinizi kritik dəyərləndirir, planlarınızdan əl çəkməyə çağırırlar. Bu şəxslər məqsədlərinizin dəyişməsini istəyirlər.
Bütün məsləhətlərə qulaq asın. Amma yalnız sizə sərf edən məsləhətlərdən faydalanın.
Öküz - baş verənlərə rəğmən sakit olun, təmkinli davranın. Autotreninq, yoqa, maksimum diqqət tələb edən işlər üçün əlverişli zamandır. Emosiyaların əsiri olmayın. Hisslərinizi kimsə anlamamalıdır.
Günün ikinci yarısında ailə qayğıları və məişət işlərinə laqeyd yanaşmayın. Hər şey sadə və aydındır. Rutin işlərin həlli üçün baş sındırmağa lüzum yoxdur.
Şəxsi münasibətlərdə isə tam əksinə, uzunmüddətli təhlil və müzakirə tələb edən məqamlar yaranacaq.
Əkizlər - gün maraqlı və uğurlu olacaq. Hər hansı formada maliyyə avantüralarından imtina edin. İri məbləğlə risk etməyin, xərcləri minimuma endirin. Başqasının hesabına gəlir əldə etməyə çalışmayın. Rəqibin səhvinin və ya yanlışlığının irəliləyişinizə imkan verəcəyini düşünməyin.
Günün ikinci yarısı iş, ünsiyyət, çətinliyə düşmüş insanlara yardım üçün münasibdir. Səhhətində problem olan şəxsə kömək edin.
Şəxsi həyatınızda müsbət təmayüllərin təsiri artır. Ciddi problemlər yaranmayacaq. Yeni tanışlıqlar ehtimalı azdır. Romantik münasibətlər dinamik inkişaf edəcək.Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - əla gündür. Yaxın gələcəklə bağlı planlarınızı dəqiqləşdirin. Həmin planlardan bəzilərini həyata keçirməyə başlayın. Müttəfiqlər arayın. İradəli və qətiyyətli olun. Yeni işgüzar əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Tərəfdaşlıq uzunmüddətli, məhsuldar ola bilər.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə harmoniyaya və qarşılıqlı anlaşmaya nail olun. Yaxınlarınız sizi anlayacaqlar. Sizi anlamaları üçün çox sözə ehtiyac yoxdur.
Şir - günün ilk yarısı əlverişli, önəmli layihənin həyata keçirilməsi üçün münasibdir. İşgüzar münasibətləri emosiyalara və hisslərə qurban verməyin. Danışıqları uğurla başa vurmağa çalışın. Nüfuzlu insandan dəstək almağa, sərfəli müqaviləyə nail olmağa can atın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda laqeydlik etməyin. Qətiyyətli, təmkinli olun, çətinlikləri unudun. Saatlar keçdikcə problemlər artır. Yaşamınızda çətin və qarışıq situasiyadır. Bir qədər sonra problemin çözüm anı olacaq. İşlərin məcrası qəbul etdiyiniz qərardan asılıdır.
Qız - işlər pis deyil. Hadisələrin bolluğu sizi usandırmasın. Həmin olaylardan hər biri diqqətli yanaşma tələb edir. Yaxın ətrafınızdakı insanlar diqqət və qayğı gözləyirlər. Kiməsə yardım, kiməsə məsləhət, kiməsə qayğı gərəkdir.
Amma bu adamlardan kimsə düşünmür ki, sizin də problemləriniz, tələbləriniz və istəkləriniz var.
Günün ikinci yarısında bir qədər müstəqil çalışmağa çalışın. Tənbəllik və süstlük etməyin. Enerjinizi bərpa edin, sakitləşin. Axşam saatlarında yaxınlarınızla birlikdə istirahət edin.
Tərəzi - günün ilk yarısı yaxşı və uğurlu olacaq. Niyyətinizi reallaşdıra bilərsiniz. Hər şey istədiyiniz kimi alınmasa da, ruhdan düşməyin, geri çəkilməyin. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq.
Günün ikinci yarısında yaxınlarla münasibətlərdə problemlər istisna deyil. Axşam saatlarında səhhətinizdə problemlər yaranacaq. Son vaxtlar çox işləyərək özünüz barədə az düşündüyünüzdən çətinliklər artıb. Sağlam həyat tərzini seçin. Orqanizmi sınağa çəkməyin.
Əqrəb - mürəkkəb gün olsa da, ümidsiz deyil. Səbrli olun. Əlverişli, gərəkli anı gözləməyi bacarın. Fikir və hisslərinizi bölüşməyin. Niyyətiniz barədə yaxşı tanımadığınız insanlara məlumat verməyin.
Emosiyalarınızı sözlər, jestlər və ya mimika vasitəsilə aşkar etməyin. Soyuqqanlı və təmkinli olsanız, hətta ən güclü rəqibi də üstələyə bilərsiniz.
Günün ikinci yarısında yorula bilərsiniz. Saatlar keçdikcə qüvvələrin tükəndiyini hiss edəcəksiniz. Yaxınlarınızın diqqət və qayğısı xoşdur. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Oxatan - günün ilk yarısında qarşıdurma, ixtilaf olacaq. Qarşınıza qoyduğunuz məqsədə sürətlə çatmayacaqsınız. İzafi səylər sərf etmədən istədiyinizi əldə edəcəyinizi düşünməyin.
Sədləri dəf etməyə hazır olun. Qətiyyətli olsanız, təəssüf yaradacaq fəsadlar yaşanmayacaq.
İşgüzar münasibətlər çox dinamik inkişaf edəcək. Tərəfdaşlıqda maraqlı olun, potensial tərəfdaşların niyyətlərini nəzərə alın.
Günün ikinci yarısında xoş sürprizlər olacaq. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Yaxınlarınızı anlamağa çalışın. Belə olarsa, münaqişə və fikir ayrılıqlarına son qoya bilərsiniz.
Axşam saatlarını əyləncəyə həsr edin.
Oğlaq - həftənin ən çətin, qarışıq günlərindən biridir. Çoxdan yaranan problemlərdən biri yenidən gündəmə gələcək. Peşəkar fəaliyyət müstəvisində uğursuzluqlar istisna deyil. Qarşıya qoyduğunuz məqsədə çatacağınıza şübhə etməyin.
Yanınızdakı insan sayəsində siz özünüzə inanacaqsınız.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Önəmli saydığınız münasibətlərdə romantika artacaq. Ciddi olun, mübahisələrə son qoyun. Ümumiyyətlə, bu gün işgüzar məqsədlərlə yanaşı şəxsi hədəflərə çatmaq daha asandır.
Dolça - başqalarının işlərinizə qarışmasına imkan verməsəniz, durum yaxşı olacaq. Yaxınlarınızın niyyətləri pis olmasa da, zəifliklər və nöqsanlarınız pis fəsadlar yarada bilər. Şəxsi problemlərinizi yaxşı tanımadığınız insanlarla müzakirə etməyin. Sirrlərinizi bölüşməyin.
Günün ikinci yarısı maraqlı ideyalar vəd edir. Maliyyə durumunuzu yaxşılaşdırmağa, gəlirləri artırmağa çalışın. Həddən artıq çalışmağa ehtiyac duyulmadan da pul qazanmaq olar.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - günün ilk yarısı çətinliklər vəd edir. İşdə ən müxtəlif problemlər yarana bilər. Həmkarlarınızla münasibətlərdə anlaşılmazlıqlar və ziddiyyətlərin böyüməsinə imkan verməyin. Şayiələr, böhtanlar əhvalınızı korlayacaq.
Günün ikinci yarısında soyuqqanlı davranın. Təcrübəli insanların sözlərinə, yaşlı qohumların məsləhətlərinə qulaq asın. Mühüm qərarları müstəqil qəbul etməyə dəyməz. Maliyyə məsələlərində ehtiyatlı davranın. Planlaşdırılmamış səfərə yollanmayın.
Milli.Az
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...