Sumqayıtın icra başçısının səhhətində problem var? - Açıqlama

img

11-09-2023 [13:31]


Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun səhhəti ilə bağlı mediada ziddiyyətli məlumatlar yayılıb.

Mia.az xəbər verir ki, Demokrat.az məsələni dəqiqləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxlayıb.

O, yayılan məlumatları təkzib edib: “Zakir müəllim hazırda təhsillə bağlı konfransda iştirak edir. Media qurumlarından xahiş edirik ki, dəqiq olmayan məlumatlar yaymasınlar. Zakir Fərəcov hər gün tədbirlərdədir. Sağlamlığı ilə bağlı problem yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA