TFF: "Türkiyə yığmasına yeni məşqçi axtarmırıq"

img

11-09-2023 [09:04]


Türkiyə milli komandasının Ermənistan yığmasına doğma meydanında qalib gələ bilməməsi hələ də qardaş ölkədə günün əsas müzakirə mövzusudur.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 1-1 hesabı ilə başa çatan oyundan dərhal sonra almaniyalı baş məşqçi Stefan Kuntzla yolların ayrılacağı gözlənilsə də, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi bu yöndəki iddiaları təkzib edib.

Ötən gün isə "Beşiktaş" və "Trabzonspor"un baş məşqçisi olmuş Abdullah Avcının TFF binasında qəfil görünməsi isə yığma komandada yenidən baş məşqçi dəyişikliyini aktuallaşdırıb.

Türkiyə mətbuatı yazır ki, yaxın günlərdə o, almaniyalı məqşçini əvəzləyəcək.

Maraqlı budur ki, TFF prezidenti Mehmet Büyükekşi Abdullah Avcının Milli Komandanın başına gətiriləcəyi ilə bağlı iddiaları yenə təkzib edib. 

O bildirib ki, Abdullah Avcı ilə TFF-də görüş yığmanın oyunundan əvvəl planlaşdırılıb: "O, TFF-yə Mərkəzi Hakimlər Komitəsinin əvvəldən planlanan görüşü üçün gəlib. Məsələnin Milli Komanda ilə heç bir əlaqəsi yoxdur. Üstəlik, hazırda nə məşqçi axtarırıq, nə də hər hansı məşqçi ilə belə bir görüş keçiririk".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR