Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-09-2023 [00:19]
Qoç - aktiv fəaliyyət zamanıdır. Köhnə planlardan bəzilərini xatırlamaq olar. Müttəfiqləri dürüst seçin. İnformasiya minimum həddə olsa da, kiminlə çalışdığınızı müəyyənləşdirin. Yalançı və xəyanətkar, etibarsız insanlardan uzaq durun. Gəlirlər istisna deyil. Uğurlu alış-veriş və sərmayələr də ola bilər.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənir. Ünsiyyət, habelə dəvət aldığınız tədbirə qatılmaq zamanıdır. Romantik görüşə hazırlaşırsınızsa, xarici görünüşünüzə maksimal diqqət yetirin.
Diqqətli və sayıq olun.
Buğa - günün ilk yarısı həddən artıq uğurlu olacaq. Peşəkar fəaliyyət müstəvisində inkişaf üçün yaxşı imkanlar yaranacaq. Faydalı tanışlıqlara nail ola bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Uğurlarınızdan danışmaqdan utanmayın. Günün ikinci yarısında mübahisəli məsələlərlə bağlı mövqeyinizi açıqlamaqdan çəkinməyin. İşgüzar fəaliyyətdə təşəbbüskar olun.
Axşam saatları mübahisələr, ixtilaflar, münaqişələr, qarşılıqlı iradlar zamanıdır. Diqqətli və qayğıkeş olun. Soyuqqanlı davranın. Yaşca sizdən böyük olanları tənqid etməyin.
Əkizlər - günün ilk yarısında fəaliyyətinizin maksimal dərəcədə effektiv olmasına çalışın. Aktiv olsanız, süstlüyə qapılmasanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Əks təqdirdə problemlərinizi başqaları həll edəcək.
Qarşınıza qoyduğunuz məqsədin yanlış olmadığına, yolun qısalığına əmin olun. Soyuqqanlı olun, özünüzə əminliyiniz azalmasın. Yaxınlarınızın təqdirinə və emosional dəstəyinə ehtiyacınız var.
Axşam saatları gərgin olacaq. Xoşagəlməz hadisələrlə müqayisədə, bədbin fikirlər əhvalınızı daha çox korlayacaq. Çətin olmayan, maraqlı işlərlə məşğul olun. Təxəyyülü işə salın.
Xərçəng - əlverişli olun. Hər addımınızı düşünün, götür-qoy etmədən çalışmayın. Kimsəyə imkan verməyin ki, sizi tələsdirsin. Fəsadları sonradan təəssüf və pərişanlıq doğuracaq səhvlər etməyin.
İşdə yaranan problemləri həll eməyə can atın. Dalaşanları sakitləşdirin, mübahisə edənləri barışdırın. Konfliktləri nizamlayın. Bu istiqamətdəki səyləriniz nəticəsiz qalmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlər asan və harmonik olacaq. Maraqlı, romantik tanışlıqlar istisna deyil. Səfər, səyahət üçün yaxşı zamandır. Axşam saatlarında normal istirahət edir.
Şir - günün ilk yarısı rəvan zamandır. Önəmli saydığınız işlərdə irəliləyişə nail olun. Gərəkli nəticə əldə olunmayanda tələskənliyə yol verməyin. Səbrli və təmkinli olun. Tənqidə maksimal dərəcədə sakit reaksiya verin. Başqalarının sözlərinə çox qulaq asmayın. Nə etmək gərəkdiyi barədə öz fikirləriniz hər şeydən üstündür.
Günün ikinci yarısı yeni tanışlıqlar zamanıdır. Rəğbət bəslədiyiniz insanlarda özünüzlə bağlı xoş təəsürat yaratmağa çalışın. Situasiyanın çətinləşməsi münasibətlərin inkişafına mane olsa da, təşəbbüskar olun.
Axşam saatlarında alış-verişə yollanmaq olar. Spontan xərclərə yol verməyin.
Qız - gün çətinliklərdən xali deyil. Problemlərə daxilən hazır olun, mənəvi tarazlığı üstün tutun. Son vaxtlar çox qüvvə sərf etdiyiniz məsələlərdə irəliləməyə çalışın. Gecikmələr və təxirəsalmalar sizi təəssüfləndirə bilər. Buna görə başladığınız işi yarımçıq qoymayın. Günün ikinci yarısında nüfuzlu şəxsin dəstəyini qazana bilərsiniz. Təcrübəli insanın məsləhətinə ehtiyacınız var.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənə bilər. Maraqlı, qeyri-adi insanlar sizinlə tanış olacaqlar. Onlarla ünsiyyət sizə çoxlu emosiyalar bəxş edəcək. Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilk yarısı işgüzar fəaliyyət və yaradıcılıq planlarının həlli üçün əlverişli zamandır. İkinci dərəcəli işlərlə məşğul olaraq önəmli məsələni kölgəyə salmayın. Qərarları müstəqil qəbul edin. Yaranmış situasiyanı müzakirə edin, dürüst qərarlar verin.
Günün ikinci yarısı enerjili, diqqətli olun. Planlaşdırdığınızdan daha artıq işləyin.
Şəxsi münasibətlərdə problemlər yaranacaq. Rəğbət bəslədiyiniz insanla bağlı informasiya təəssüf doğura bilər. Əhvalınız korlana bilər. Yeni tanışlarla ehtiyatlı olun. Onlar barədə layiq olduqlarından artıq düşünməyin.
Əqrəb - bir sıra məsələlər baxımından əlverişli gündür. Mürəkkəb və mühüm işləri başa çatdırın. Xeyli qüvvə sərf etdiyiniz məsələni yarımçıq qoymayın. Maliyyə durumunuz əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Köhnə borcun qaytarılması və ya ödənişin alınması mümkündür.
Günün ikinci yarısında hüquqi münaqişəni asanlıqla həll edəcəksiniz. Qərarlarınız yaxın ətrafınızdakı insanları narahat edə bilər. Amma onlar haqlı olduğunuzu etiraf edəcəklər. Qeyri-adi və qarışıq situasiyalarda qərarlarınız yanlış olmasın. Bəyəndiyiniz insanla görüş üçün axşam saatları əlverişlidir. Dəyər verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Oxatan - günün ilk yarısı sürprizlər vəd edir. Hadisələr gözləntilərinizə uyğun olaraq inkişaf edəcək. Planlarınızı həyata keçirməyə kimsə mane olmamalıdır. Çətinliklər yaranarsa, köhnə dostlar və sınanmış müttəfiqlərə üz tutun. Bunu nə qədər tez etsəniz, problemlərin həlli bir o qədər az vaxt olacaq. Günün ikinci yarısı ailə üçün əlverişlidir. Gəlirlər olacaq, işgüzar səfərlər uğurlu alınacaq.
Yaxınlarınızla təmaslar sizi sevindirəcək. Münasibətlər daha səmimi, rəvan olacaq. İntuisiyanız kəskin olmalıdır. Gələcək barədə düşünün. Hadisələrin hansı məcrada inkişaf edəcəyini təxminləməyə səy göstərin. Axşam saatlarında normal istirahət edin.
Oğlaq - çətinliklərdən xali olmayan gündür. Narahat olmayın, yaşanacaq problemləri əvvəlcədən təxminləmək olar. Bu səbəbdən də heç bir hadisəni qəfil saymayın. Uğurlar istisna deyil. Daha güclü rəqiblərlə mübarizəyə başlamaqdan çəkinməyin. Güclü insanlarla mübahisələrdə mövqeyinizi qorumağa hazır olun.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından yaxşı zamandır. Yaxınlarınız sizdən məsləhət gözləyir. Yaşam təcrübəsi sizdən artıq olan insanlarla diqqətli olun. Səfərə dostlarla yollanmaq məsləhətdir.
Dolça - gün pis deyil. Saatlar keçdikcə şəxsi münasibətlərdə ciddi dəyişikliklərə nail olmaq mümkündür. Başladığınız işi yarımçıq qoymayın. Astagəl, süst olmayın. Münasibətlər harmonik olmalıdır. Yaxınlarınızı anlamağa çalışın.
Günün ikinci yarısında işdə uğurlar ola bilər. Həmkarlarla dil tapın, hər kəs üçün gərəkli sözlər tapın. Müttəfiqlərin seçimində yanılmayın. Tərəfdaşla danışıqlarda sərvaxt olun. İşdə rəhbərliklə dil tapın.
Balıqlar - günün ilk yarısı sakit və xoş keçəcək. Böyük uğurlar olmayacaq. Yaşamınızda köklü dəyişikliklər etməyə can atmayın. Çalışdığınız işdən həzz alın. Sizi narahat edən problemləri maraqlı insanlarla müzakirə etmək olar. Yeni məlumat, bilik və təcrübə əldə etmək üçün münasib zamandır.
Günün ikinci yarısında yaxşı ideyalar yaranacaq. Kommersiya fəaliyyəti və yeni gəlir mənbələri aramaq üçün pis zaman deyil. Alış-veriş etmək olar. Bədxərclik etməyin.
Milli.Az
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...