Balotelli: "İtaliya futbolunun səviyyəsi Türkiyədən aşağıdır"

img

07-09-2023 [16:09]


"Adana Dəmirspor"un sabiq futbolçusu Mario Balotelli İtaliya A Seriyasını Super Liqa ilə müqayisə edib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  İsveçrədə çıxış etdiyi "Sion"da heyətdən kənarlaşdırılan 33 yaşlı Mario Balotelli İtaliya futbolunun enişdə olduğunu iddia edib: "Hətta deyərdim ki, Türkiyədə səviyyə daha yüksəkdir".

Səudiyyə Ərəbistanına gedib-getməyəcəyi ilə bağlı suala isə Balotelli belə cavab verib: "Hazırda dövriyyədə olan rəqəmlərdən qat-qat yüksək rəqəmlərlə təklif aldım. Ancaq ora "yox" dedim".

Fərid Aslan

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA