Səlim Müslümovun məhkəməsi uzanır
06-09-2023 [11:43]
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, prosesdə məlum olub ki zərərçəkmiş tərəfin nümayəndəsi iclasa qatılmayıb.
S.Müslümovun müdafiəçiləri məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakının təmin olunmasını istəyib. Vəkil həmçinin qeyd edib ki, vəkillər sonuncu məhkəmənin protokolu ilə tanış olmayıb. Vəkil müdafiə tərəfinə sonuncu protokolla tanış olmaq üçün vaxt verilməsini xahiş edib.
Dövlət ittihamçısı da vəsatəti müdafiə edib.
Vəsatət təmin edilib.
Hakim F.Qəniyev bildirib ki, məhkəmə tərkibində təmsil olunan hakimlərdən biri qısamüddətli məzuniyyətə getdiyi üçün proses oktyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib(Report).
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib