“Qəbələ” Samuel Tetteni transfer edib

img

05-09-2023 [17:43]


“Qəbələ” Avstriyanın “Zaltsburq” klubunun sabiq futbolçusu Samuel Tetteni transfer edib.

Mia.az xəbər verir ki, “qırmızı-qaralar” bu barədə rəsmi sayt vasitəsilə məlumat yayıblar.

Son klubu Türkiyə “Adanaspor”u olan qanalı hücumçu Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayıb. 27 yaşlı forvardın sözləşməsinin müddəti 2 illikdir.

Qeyd edək ki, Samuel Tette 2017-2021-ci illərdə “Zaltsburq”a məxsus olub. Qana millisinin heyətində 8 oyunda 1 qol vurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA