Aktyor TRT-nin serialından qovuldu - Bu səbəbə görə (VİDEO)

img

04-09-2023 [13:36]


Aktyor Cemal Toktaşın "Sübhanekə" duasını ələ salan görüntüləri böyük əks-səda doğurub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor Cemal Toktaş aləsi ilə birlikdə çəkdirdiyi və sosial media hesabında yaydığı videoda İslami dəyərləri tapdalayıb.

Bu davranışından sonra o, TRT-də yayımlanan "Sadik Ahmet"in aktyor heyətindən kənarlaşdırılıb.

Məlumata görə, TRT və serial rejissorları tərəfindən qovulsa da, aktyora sərt etirazlar davam edir.

Xatırladaq ki, Toktaş videoda “Sübhanəkə sümsüm, anam keçi, atam keçi” deyərək Sübhanəkənin qafiyəsinə lağa qoyub. O, sonrda isə xaç işarəsi göstərib.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR