Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-09-2023 [00:21]
Qoç - yaxa qurtarmaq istədiyiniz yorucu, cansıxıcı işlər bu günün əksər hissəsini təşkil edəcək. Bu işlərə ilk əvvəl ciddi yanaşsanız da, bir qədər sonra diqqətsiz ola bilərsiniz. Belədə səhvləri sıralamayın.
Günün ikinci yarısında darıxmayın. Düşünülməmiş, tələsik addımlar atmayın.
Səhhətinizdə problemlər yarana bilər. Əhvalınız korlana bilər. Qıcıqlı, sinirli olmayın. Yaxın ətrafınızdakı insanlardan qayğı, diqqət, tərif gözləməyin. Sevdiyiniz insan sizi sevindirəcək.
Buğa - pis gün deyil. Planlarınızdan imtina etməyin. Seçdiyiniz istiqamətdə hərəkət edin. Yaxın ətrafınızdakı insanlar sizə istiqamət dəyişdirməyi təkidlə məsləhət bilsələr də, fikrinizi dəyişdirməyin. İşlərdə uğurlar o qədər böyük deyil. İstirahət və ya əyləncəni unudun.
Günün ikinci yarısında aktiv çalışın. Alış-verişdə orijinal, ekstravaqant əşyalara üstünlük verin.
Fikirlərinizi bölüşməyən insanlarla da dil tapmağa çalışın. Planlarınızı təqdir etməyən şəxsləri anlamayan insanları anlayın. Mühüm planları müzakirə etmək olar. Şəxsi münasibətlərdə irəliləyiş ola bilər.
Əkizlər - gün uğursuz başlayacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Saatlar keçdikcə vəziyyət yaxşılaşacaq. Durum daha maraqlı olacaq. Yaxın ətrafınızdakı insanları diqqətlə müşahidə edin. Kimisə yetərincə dəyərləndirməməyiniz, yanlış mühakimə yürütməyiniz istisna deyil. Sizə olan münasibəti dəyişə bilərsiniz.
Günün ikinci yarısında yeniliklər və cəsarətli eksperimentlərdən çəkinməyin. Təhlil ilə yanaşı, qətiyyətli addımlar üçün əlverişli zamandır. Dəyişikliklərə hazır olun. Sevdiyiniz insanla mükalimə fikir ayrılıqları, kiçik və xoşagəlməz məqamlara son qoya bilər.
Xərçəng - əlverişli gündür. Müsbət təmayüllərin təsiri artacaq. Peşəkar fəaliyyət müstəvisində süstlük etməyin, ətalətli davranmayın. Maraqlandığınız işlərlə məşğul olun. Gəlirlər olacaq. Alış-veriş və sərmayə üçün münasib zamandır.
Günün ikinci yarısında işgüzar intuisiyanız iti olsun. Hansısa layihəni rellaşdırmağa başlayırsınızsa, qətiyyətli qərarlar qəbul edin.
Axşam saatları şəxsi münasibətlərdə yeniliklər olacaq. Yeni tanışlıqlar evdən uzaqda baş tutacaq.
Şir - bütün çətinlikləri sürətlə dəf etmək mümkün deyil. Nikbin olun, pərişanlığa qapılmayın. Yeniliklərə az qalıb. Diqqətiniz xırda məsələlərə yayınmasın. Kimsəyə imkan verməyin ki, sizi məqsədə aparan yoldan sapdırsın.
Ötən həftə yaranmış problemlər yenidən gündəmdədir. Köhnə səhvlərin hesabını indi ödəməli olacaqsınız. Ən çətin dövr arxada qalıb. Sakitləşin. Təmkinli olsanız, bütün problemlərin öhdəsindən gələ biləcəyinizi anlayacaqsınız. Günün ikinci yarısında sizi xoş xəbərlər gözləyir.
Axşam saatlarında normal istirahət edin.
Qız - səfərlər və ya səyahətlər üçün əlverişli zamandır. Yaşam arealını dəyişin, dünyagörüşünüzü və ünsiyyət çevrənizi genişləndirin. İlk baxışdan faydalı olmayan, amma maraqlı məlumatlar nə qədər çox olarsa, işlərdə irəliləyişlər bir o qədər ciddi olacaq. Zərərli vərdişlərdən əl çəkmək üçün münasib vaxtdır.
Günün ikinci yarısında tələsik addım atmayın. Müsbət dəyişikliklərə az qalıb.
Emosiyalar tarıma çəkilsə də, yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli və həssas olun. Paradoksdur: öz hisslərinizi anlamaq başqalarının niyyətlərini dərk etməkdən daha çətindir. Mürəkkəb problemi həll edin. İntellektual potensialınız yüksəkdir.
Tərəzi - çoxdan bəri həll etməyə çalışdığınız problemi yenə də çözə bilməyəcəksiniz. Yeni aldığınız informasiya yanlış yolda olduğunuzu göstərəcək. Uğura ümidləriniz tükənməsin. Gözləmədiyiniz, ağlınıza gətirmədiyiniz yardımı alacaqsınız.
Günün ikinci yarısında çətin məsələləri asanlıqla çözəcəksiniz. Yaşamda dəyişikliklər etməyin yolunu, ən başlıcası isə vasitəsini tapın.
Əqrəb - sakit, rəvan gündür. Ötən həftə başladığınız önəmli işi başa vurun. Müstəqil çalışırdınızsa, indi kömək ala bilərsiniz. Rəğbət bəsləmədiyiniz insana üz tutmaq zərurəti yarana bilər.
Emosiyaları bir kənarda qoyun. Pul və iş məsələlərində düşünülməmiş qərarlar verməyin.
Günün ikinci yarısında soyuqqanlı və təmkinli olun. İstənilən situasiyada prosesi sakitliklə, aramla dəyərləndirin. Yaxınlarınız problemlərinizi sizinlə bölüşəcəklər. Onların məsləhətlərinizə ehtiyacı var.
Oxatan - maraqlı ideyalar zamanıdır. Həmin ideyaların bəzilərini ən yaxın vaxtlarda reallaşdıra bilərsiniz. Situasiyanı təhlil edin. Ən kiçik detalları, ilk baxışdan mənasız təfərrüatları nəzərə alın. İşlə bağlı ciddi məsələləri müzakirə edə bilərsiniz.
Sizdən fərqli düşünən insanları günün ikinci yarısında müttəfiqlərinizə döndərə bilərsiniz.
Fiziki işlə məşğul olun. Özünüzü güclü və enerjili hiss edəcəksiniz. Alış-veriş etmək, bahalı nəsnələr almaq olar.
Oğlaq - günün ilk yarısında cəsarətli planlarınızdan birini reallaşdıra bilərsiniz. Müttəfiq və ya tərəfdaş axtarışlarına vaxt sərf etməyin. Müstəqil fəaliyyət göstərin. Belədə uğura nail olmaq şansları daha çoxdur.
Günün ikinci yarısında isə tam əksinə, müstəqil fəaliyyət üçün əlverişli zamandır. Əməkdaşlıq şərtlərini müzakirə edin. İşgüzar danışıqlar və görüşlərə yetərincə vaxt ayırın.
Axşam saatlarını tənhalıqda keçirsəniz, bədbinliyə qapıla bilərsiniz.
Yaxşı xəbərlər alacaqsınız. Maraqlı görüş və qeyri-adi tanışlıq ola bilər. Romantik sürprizlər, qəfil etiraflar istisna deyil.
Dolça - işdə münaqişələrə qarışmamaq, ixtilafların səbəbkarı olmamaq üçün maksimum səy göstərin. Problemlər həll olunmazsa onların uzunmüddətli, xoşagəlməz fəsadları ola bilər. Güclü və nüfuzlu rəqiblərlə mübarizəyə başlamayın.
Sizə aşkar antipatiya bəsləyən insanla günün ikinci yarısında mübahisə etməyin.
Sevdiyiniz insanla mümkün qədər çox vaxt keçirin. Axşam saatlarını özünüzə həsr edin.
Balıqlar - mühüm saydığınız işlərdə tərəqqiyə, inkişafa nail olun. Aldığınız informasiya məqsədə çatmaqda yardımçınız olacaq. Ciddi problemin həllində sizə yardımçı olacaq insanla qarşılaşa bilərsiniz. Maliyyə fonu pis deyil.
Günün ikinci yarısında gəlirlər istisna deyil. Şəxsi münasibətlərdə gərginlik yaranacaq. Ümumi xərclər və gələcəklə bağlı planlarla bağlı məsələlər münaqişə yarada bilər. Çevik, qıvraq olun. Hamını təmin edə biləcək həlli tapmaq olar. Bunun üçün məhz siz səy göstərməlisiniz.
Milli.Az
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır