Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
01-09-2023 [00:15]
Qoç - çətin, qarışıq gündür. Bəzi probelmlərə hazır olsanız da, xoşagəlməz gözlənilməzliklər istisna deyil. Belə problemlərdən birinin həlli olduqca çətindir. Maliyyə itkiləri, uğursuz anlaşma və sövdələşmələr ola bilər. Çoxdan bəri vaxt və qüvvə sərf etdiyiniz işin günün ikinci yarısında ləngidiyini anlayacaqsınız. Səbrsiz, emosional olmayın. Neqativ hisslərin öhdəsindən gəlməsəniz, yaxınlarınızla ixtilaflar yaşanacaq. Soyuqqanlı və qayğıkeş olun. Toqquşmanı və incikliyi unudun. Yaxın ətrafınızdakı insanları incitməyin.
Buğa - günün ilk yarısı sakit və rəvan olacaq. Maraqlı işlər və əhvalınızı yaxşılaşdıracaq görüşlər zamanıdır. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Fiziki işdən yayınmayın.
Günün ikinci yarısında durum daha çətindir. Bir tərəfdən yeni imkanlar yaranırsa, digər tərəfdən həmin imkanlardan faydalanmaq üçün vaxt həddən azdır. İmkan və bacarıqlarınıza şübhə etməyin. Əhvalınızı pozmayın. Sizi dəstəkləyə biləcək insan yanınızda olarsa, əladır. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - həftənin ən yaxşı və uğurlu günüdür. Müsbət təmayüllərin təsiri güclənir və yaşamınızın bütün sahələrində özünü büruzə verir. İstədiyiniz, maraqlandığınız işlə məşğul ola bilərsiniz.
Günün ikinci yarısında sizi çoxdan bəri narahat edən problemi çözmək imkanları yaranacaq. Cavab aradığınız sual aradan qalxacaq. Diqqətli və ehtiyatlı olun. Axşam saatları problem vəd edir. Həddən artıq sərvaxt davranmağınız gərəkdir.
Xərçəng - günün ilk yarısında qəfil təklif alacaqsınız. Darıxdığınız və ya görüşmək istədiyiniz insanla qarşılaşacaqsınız. Yaxınlarınızla təmaslarda səmimi və soyuqqanlı olun. Ətrafınızdakı insanlar bunu dəyərləndirəcəklər. Yeni tanışlıqlar və romantik təmaslar istisna deyil.
Günün ikinci yarısında təşəbbüskar olun. Qarşı tərəfi də apatiyadan qurtarmağa səy göstərin. İşgüzar maraqlarınızı təmin edin. İşə diqqətlə, məsuliyyətlə yanaşın. Maliyyə məsələləri ilə bağlı qərar qəbul etmək, alış-verişə yollanmaq olar.
Şir - laübəli, qarışıq, gərgin gündür. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. İstənilən halda neqativ emosiyaların əsirinə çevrilməyin. Əvvəlcədən hazırlanmış planlara dəyişikliklər etmək və ya bəzi maraqları qurban vermək zərurəti yaransa belə, ruhdan düşməyin. Az sonra ədalət zəfər çalacaq.
Günün ikinci yarısında münaqişə və ya mübahisədən yayınmaq mümkün deyil. Ən yaxın insanla təmaslarda anlaşılmazlıqlar müşahidə olunur. Kəskin danışmayın, qayğıkeş davranmağa çalışın. Yaxın ətrafınızdakı insanlar indi xeyli emosionaldırlar.
Qız - mühüm və böyük işə başlamaq olar. Amma bilin ki, gözlədiyinizdən fərqli olaraq ilk addımlar asan deyil. Geri çəkilməyin. Məqsədinizə tezliklə olmasa da, çatacaqsınız.
Günün ikinci yarısında xoşagəlməz vizit, ünsiyyəti arzulamadığınız insanla görüş istisna deyil. Qəfil xərcləri də nəzərə alın. Ağır zamanda soyuqqanlı və təmkinli davranın. Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Yorğunluq hiss edəcəksiniz.
Tərəzi - günün ilk yarısında kiçik anlaşılmazlıqlar və problemlər olacaq. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Əhvalınız yaxşılaşacaq. Qəfil görüş olacaq. Çoxdan darıxdığınız və qarşılaşmaq istədiyiniz insanla ünsiyyətdə olacaqsınız.
Günün ikinci yarısı sürpriz, romantik təmaslar vəd edir. Reallaşması mümkünsüz saydığınız arzunuz gerçəkləşə bilər. Sevdiyiniz insanı sevindirin. Ailə və dostluq əlaqələrini möhkəmləndirin.
Əqrəb - tələsik və düşünülməmiş addımlar atmayın. Avantüralara qatılmayın, ehtiyatlı və fəndgir olun. Yaşlı qohumlarla ünsiyyətdə fayda var. Onların təcrübə və məsləhələrindən yararlanın. Ötənlər barədə danışılanlar indi baş verənlərə münasibətinizi dəyişə bilər.
Günün ikinci yarısında planlaşdırılmış səfərə yollanın. Qəfil təklif və ya dəvətlərlə dərhal razılaşmayın. Axşam saatlarını evdə keçirin, ruhi və fiziki qüvvələrinizi bərpa edin. Axşam saatlarına yaxın gələcəklə bağlı planlar qurmaq olar. Uğurla ideyalardan birini gerçəkləşdirməyə başlayın.
Oxatan - günün ilk yarısı uğurlu olacaq. İşləri vaxtında görməyə və bitirməyə çalışın. Yeni tapşırıqlar sürpriz təsiri bağışlamasın. Yeni informasiya və məlumatları sürətlə əxz etməyə can ağın. Uğurlarınız və nailiyyətlərinizlə yaxın ətrafınızdakı insanları təəccübləndirin.
Günün ikinci yarısında təmas çevrəsini bir qədər məhdudlaşdırın. Uzun söhbətlərin heç bir mənası yoxdur. Səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzə fikir verin.
Oğlaq - günün ilk yarısında kiçik çətinliklər yarana bilər. Etibar etdiyiniz tanışlar və ya yaxınlarınızın yardımı ilə sədləri dəf edəcəksiniz. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Ciddi önəm verdiyiniz işdə uğurlar istisna deyil. Qələbəyə nail olun. Günün ikinci yarısı rəğbət bəslədiyiniz insanla təmasda olun.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq. Alış-verişə yollana bilərsiniz.
Dolça - əlverişli gündür. Planlarınız nə qədər cəsarətli və radikal olsa da, onları həyata keçirə biləcəyinizə şübhə etməyin. Ən çətin anlarda sizə həyan olan insanlardan yardım alacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Günün ikinci yarısında ilk dəfə gördüyünüz insanlarla normal təmaslar qurun. Amma yeni tanış olduğunuz insanlara inanmayın. Yaxın ətrafınızdakı insanlar sizdən məsləhət almaq istyirlər. Ən çətin situasiyanı soyuqqanlı şəkildə təhlil edin. Dürüst nəticələrə gəlin.
Balıqlar - asan olmayan gündür. Fəqət yaranacaq problemlərin heç birinin uzunmüddətli fəsadları olmayacaq. Yaxın ətrafınızdakı insanlar emosional davransalar belə, sakit və təmkinli olun. Yalnız- belə olarsa, səhvlər etməyəcək, maliyyə itkilərinə yol verməyəcəksiniz.
Günün ikinci yarısında səfər və ya səyahət ola bilər. Sükan arxasında çox vaxt keçirməyin. Axşam saatları sağlamlıq prosedurları və idman üçün əlverişlidir. Pilateslə də məşğul olmaq olar.
Milli.Az
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır